Hud surəsi · 85-ci ayə

«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Həzrət Şüeyb tə`kid etdi ki,) ey mənim qövmüm, ölçü və tərəzini insaf və
ədalətlə tamamlayın və xalqın malını əskiltməyin. Fəsad törədib yer üzünü
xaraba qoymayın.”

Nöqtələr
◘“Bəxs” kökündən olan “təbxəsu” sözü əskiltmək mə`nasını bildirir. “La
tə`səv” sözü isə fəsad törətməmək mə`nasındadır.
Bildirişlər
1. Hərtərəfli ədalətin bərqərarı peyğəmbər hərəkatının nailiyyətlərindəndir.
2. Günah cəmiyyətdə adət şəkli aldıqda ardıcıl xatırlatmalarla onu aradan
qaldırmaq lazımdır. Bu ayədə ölçü və çəki məsələsi bir neçə dəfə yada salınır.
3. Alış-verişə, iqtisadi proseslərə nəzarət lazımdır.
4. Yalnız mö`minlərə yox, bütün xalqa münasibətdə ədalət prinsipini gözləmək
zəruridir.
5. Əskiltməmək təkcə çəkisi və ölçüsü olan, dartıla bilən şeylərə aid deyil.
Xalqla alış-verişin bütün sahələrində ədalət gözlənilməlidir.
6. İqtisadi məsələlərlə xalqın haqqını tapdamaq fəsadın ən bariz
nümunələrindəndir. Çünki qeyri-sağlam iqtisadiyyat cəmiyyəti məhv edir.
7. Fəsaddan da pisi fəsad ruhiyyəsində olmaqdır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 85-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 85-ci ayəsi nə haqqındadır?
«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
Hud surəsi 85-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 85-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 85-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 85-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 85-ci ayənin təfsiri nədir?
“(Həzrət Şüeyb tə`kid etdi ki,) ey mənim qövmüm, ölçü və tərəzini insaf vəədalətlə tamamlayın və xalqın malını əskiltməyin. Fəsad törədib yer üzünüxaraba qoymayın.” Nöqtələr◘“Bəxs” kökündən olan “təbxəsu” sözü əskiltmək mə`nasını bildirir. “Latə`səv” sözü isə fəsad törətməmək mə`nasındadır.Bildirişlər1. Hərtərəfli ədalətin bərqərarı peyğəmbər hərəkatının nailiyyətlərindəndir.2. Günah cəmiyyətdə adət şəkli aldıqda ardıcıl xatırlatmalarla onu aradanqaldırmaq lazımdır. Bu ayədə ölçü və çəki məsələs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.