Hud surəsi - Ayə: 86
Hud surəsi 86. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 86 MÖHSÜN QƏRAƏTİ.
“Əgər imanınız olsa, Allahın sizin üçün saxladığı (halal mal, əskiltməklə
əldə etdiyiniz maldan) daha üstündür. Mən sizə nəzarətçi deyiləm.”
Nöqtələr
◘“Bəqiyyətullah” dedikdə bu ayədə halal sərmayədən əldə olunmuş qazanc
nəzərdə tutulur. Rəvayətlərdə isə bütün mübarək vücudlar “bəqiyyətullah”
adlandırılmışdır. O cümlədən, cəbhədən qələbə ilə dönən mö`min döyüşçülər belə
adlandırılırlar. Çünki onlar Allahın iradəsi ilə geri dönmüşlər. Əsrin imamı həzrət
Mehdi (ə) də “Bəqiyyətullah” adlandırılmışdır. Çünki onun şərif vücudunu Allah
xalqın hidayəti üçün saxlamışdır. Rəvayətdə oxuyuruq ki, “bəqiyyətullah” həzrət
Mehdinin (ə) mübarək adlarındandır.
Biz həzrətə (ə) bu adla salam veririk:
“Əssəlamu ələykə ya bəqiyyətəllahi fil ərəzin.” Həzrət Mehdi (ə) Məkkədə zühur
edəcəyi vaxt bu ayəni tilavət edib buyurar: “bəqiyyətullah mənəm.” Başqa
mə`sumlar da “bəqiyyətullah” ləqəbi ilə çağırılmışlar.
Bildirişlər
1.Cüz`i, amma halal və pak ruzi çox, amma haram ruzidən üstündür.
2. Dünya fani, axirət isə həmişəlikdir. Bu səbəbdən də axirətə meyl
dünyapərəstlikdən üstündür.
3. Əgər əskik satmasaq müştərilər artar, nəticədə qazancımız çoxalar.
4. Haramı halaldan üstün sayan kəsin imanı şübhəlidir.
5. İnsanlar öz əqidəsində azaddırlar. Hətta peyğəmbərlər də onları məcbur
etmirlər.
6. İnsan haram yediyi üçün bədbəxt olsa, kimsə ona zamin deyildir.