Hud surəsi - Ayə: 84
Hud surəsi 84. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.
“Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənim
qövmüm! Allaha pərəstiş edin, sizin üçün başqa bir mə`bud yoxdur. Ölçü və
çəkini əskiltməyin. Həqiqətən, mən bu işdə sizin üçün xeyir görürəm.
Doğrusu, mən sizi bürüyəcək günün (Qiyamət gününün) əzabından
qorxuram.”
Nöqtələr
◘Bu günki adı “Məan”, Tövratdakı adı “Mədyan” olan Mədyən şəhəri Əqəbə
körfəzinin şərqində yerləşmişdir. Bu şəhərin əhalisi həzrət İsmailin övladları idi.
Onların Misir, Livan və Fələstinlə ticarət əlaqələri vardı. Bə`ziləri də Sina dağı
ətrafında yerləşən bir qəbilənin “Mədyən” adlandırıldığını bildirmişlər.
◘Ümmətlər müxtəlif dövrlərdə müxtəlif fəsadlar törətmişlər. Lut qövmü cinsi
azğınlığa uğramışdısa, Şüeyb qövmü əskik satır, ticarət qanunlarını pozurdu.
Bildirişlər
1. Peyğəmbərlərin be`səti ilahi sünnə, davamlı tarixi cərəyan olmuşdur.
2. Həzrət Şüeybin risaləti yalnız Mədyən məntəqəsinə aid idi.
3. Hər bir qövm üçün onun öz arasından peyğəmbər seçilir.
4. Bir Allaha pərəstiş müvəhhid baxışlara əsaslanır.
5. Allaha ibadət etmək kifayət etmir, müşriklərdən üz döndərmək də zəruridir.
6. Peyğəmbərlər yalnız e`tiqadi və əxlaqi məsələlərə nəzarətlə kifayətlənmir,
iqtisadiyyata diqqət yetirir, iqtisadi fəsadlarla mübarizə aparırdılar.
7. İstisadi fəsaddan və fırıldaqçılıqdan qurtulmağın yolu təkcə rifah və tə`minat
deyil. İmam Sadiq (ə) “həqiqətən sizə xeyir görürəm” tə`birinin bolluq və
ucuzluğa işarə olduğunu bildirir.
8. Xalqı pis işdən çəkindirmək üçün onu həvəsləndirmək lazımdır.
9. Yaranış və məad e`tiqadına də`vət bütün peyğəmbərlərin ilkin də`vətləri
olmuşudur.
10. Hesab gününə inam bütün işlərdə təqva zəminidir.
11. Allahın qəzəbindən qaçmaq olmaz.