Hud surəsi · 42-ci ayə

Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Gəmi onları dağ kimi dalğalar arasından irəli aparırdı. Həmin vaxt (Nuh
bir guşədə dayanmış) oğlunu səslədi: “Ey oğlum! (İman gətir və) bizimlə
süvar ol, kafirlərlə qalma.”


Nöqtələr
◘Belə görünür ki, həzrət Nuh öz oğlu ilə gəminin hərəkətindən öncə
danışmışdır. Çünki gəmi hərəkətə başladıqdan sonra dağ kimi dalğalar arasında
gəmiyə süvar olmaq mümkünsüz idi.

◘Sual: Nə üçün Nuh yalnız oğlunu gəmiyə də`vət etdi?
Cavab: Əvvəla, insanın övlada münasibətdə vəzifəsi daha ağırdır. İkincisi,
övladı kənara çəkildiyindən Nuh onun peşman olduğunu güman etdi. Nuhun bu
müraciəti, yə`ni oğlunu qurtuluşa çağırması ətrafdakılara əzabın ciddiliyi ilə bağlı
işarə ola bilər.
◘“Nurus-səqəleyn” təfsirindəki rəvayətə əsasən, Nuhun oğlu onun doğma oğlu
olmamışdır.
◘Həzrət Nuh gəmiyə qalxdığı gün oruc tutmuş və ətrafındakılara da belə bir
göstərişi vermişdi: “Oruc tutmaq təhlükədən qurtuluş rəmzidir.”
◘Dağ tək yüksək dalğaları ötüb keçməsi Nuhun gəmisinin əzəmətindən və
peyğəmbərin hünərindən danışır.
Bildirişlər
1. Gəmiyə süvar olanları da təlatümlü bir yol gözləyirdi. Gəmiyə minmək və
gəminin Nuh kimi şəxs tərəfindən idarə olunması ilə iş bitmirdi.
2. Son anadək kafir olsalar belə ətrafdakıların qurtuluşu haqqında düşünək.
3. Bir guşəyə çəkilib dünyadan küsmək qurtuluş deyil.
4. Valideyn öz övladının taleyi üçün məs`uliyyət daşıyır.
5. Kafirlərlə yaxınlıq hətta peyğəmbər övladını belə dindən uzaq salır.

Nuh oğlu pislәrә qoşulduğu an
Peyğәmbәr yolunu itirdi tamam.


6. Təkcə kafir olmaq yox, kafirlərlə birlikdə olmaq da təhlükəlidir.
7. Ailənin sağlam olması bəs etmir. Küfrə uğramış çirkin mühit bir çox
azğınlıqlar törədir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 42-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 42-ci ayəsi nə haqqındadır?
Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»
Hud surəsi 42-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 42-ci ayənin təfsiri nədir?
“Gəmi onları dağ kimi dalğalar arasından irəli aparırdı. Həmin vaxt (Nuhbir guşədə dayanmış) oğlunu səslədi: “Ey oğlum! (İman gətir və) bizimləsüvar ol, kafirlərlə qalma.” Nöqtələr◘Belə görünür ki, həzrət Nuh öz oğlu ilə gəminin hərəkətindən öncədanışmışdır. Çünki gəmi hərəkətə başladıqdan sonra dağ kimi dalğalar arasındagəmiyə süvar olmaq mümkünsüz idi.◘Sual: Nə üçün Nuh yalnız oğlunu gəmiyə də`vət etdi?Cavab: Əvvəla, insanın övlada münasibətdə vəzifəsi daha ağırdır. İkincisi,övladı kənara çəki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.