Hud surəsi - Ayə: 41
Açar Sözlər
Hud surəsi 41. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 41 MÖHSÜN QƏRAƏTİ.
“(Nuh gəmidəkilərə) dedi: “Hərəkəti və dayanması Allahın adı ilə olana
minin. Həqiqətən, mənim Rəbbim bağışlayan və mehribandır.”
Nöqtələr
◘Peyğəmbərin böyük səhabəsi Əbuzər Kə`bə halqasından tutduğu halda uca
səslə dedi: “Ey Xalq! Öz qulaqlarımla eşitmişəm ki, Peyğəmbər (s) buyurdu:
“Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona süvar olsa, nicat tapdı,
hər kəs ondan uzaq düşsə, həlak oldu.” Bu hədis ilkin İslam dövrünün tanınmış
şəxsiyyətləri Əbu-Səid Xidri, İbn-Abbas, Əbdüllah ibn Zübeyr, Ənəs ibn Malik
tərəfindən də nəql olunmuşdur. Uyğun hədislə məşhur sünni mənbələrində də
rastlaşmaq olar.
◘Bu mütəvatir (yetərli, ardıcıl) hədisi digər bir mütəvatir hədislə yan-yana
qoyaq. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanlar 73 firqəyə bölünər. Bu
firqələrdən yalnız biri nicat tapar.” Aydındır ki, Peyğəmbər (s) nicat tapmış
firqənin öz əhli-beyti olduğunu nəzərdə tutur.
Rəvayətlərdə bildirilir ki, gəmi Rəcəb ayının əvvəlində və Kufə məscidindən
hərəkətə başladı.
Bildirişlər
1. Bütün işlərə Allahın adı ilə başlamaq təvəkkül rəmzi və işə ilahi rəng
verməkdir.
2. İstər işə başlayanda, istər işi başa çatdıranda Allahdan yardım diləmək
lazımdır.
3. Gəmi, sadəcə bir vasitədir. İnsan bütün işlər Onun iradəsindən asılı olan
Allahı unutmamalıdır.
4. Nuhun ətrafındakılar həmin dövrdə yer üzünün yeganə mö`minləri olsalar
da, eybsiz və günahsız deyildilər. Allah onları bağışladı.
5. Nuhun ardıcıllarının tufandan qurtulması Allahın rübubiyyət, bağışlama və
rəhmət cilvələrindəndir.