Hud surəsi - Ayə: 43
Hud surəsi 43. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 43 MÖHSÜN QƏRAƏTİ.
“(Nuhun oğlu) dedi: “Tezliklə bir dağa sığınaram ki, məni sudan
qorusun.” (Nuh) dedi: “Rəhm olunmuşlardan başqaları üçün Allahın qəhri
qarşısında heç bir hifz edən (sığınacaq) yoxdur.” (Elə bu vaxt) bir dalğa bu
iki nəfər arasına ayrılıq saldı və o, (Nuhun oğlu) qərq oldu.”
Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Nuhun əhvalatında Kəbə evindən
savay bütün yer üzünü su basdı.”
Bildirişlər
1.Təhlükə zamanı müvəhhid şəxs Allaha, müşrik isə dağa sığınır. Şərq-qərbə,
var-dövlətə, vəzifə və məqama sığınmaq şirkdir.
2. Allahın qəzəbi nazil olduqda möhkəm dağlar belə narın suyun qarşısında
dayanıb kimsəni xilas edə bilmir.
3. Bütün canlı aləm üçün həyat qaynağı olan su Allahın əmri ilə fəlakət və
əzaba dönür.
4. Təbiət hadisələri təsadüfi deyil. Bu hadisələr Allahın hikmət dolu fərmanı
əsasında gerçəkləşir.
5. Allahın qəhr-qəzəbindən yalnız Onun Özünə sığınmaq olar.
6. Kafirlərə qoşulmaq qərq olmaqla nəticələnir.
7. Ailə və qohumluq əlaqələri ilahi cəzanın qarşısını ala bilmir. Peyğəmbər
oğlu atasının gözü qarşısında qərq olduqda, ata bu ilahi əmrə təslim olmalıdır.
8. Bəli, Allah rəhimlidir. Amma O həm də hikmət sahibidir. O bə`zən Öz
rəhməti ilə ana vücudunda körpə üçün süd qərar verir, bə`zən Öz hikməti ilə
atanın gözü qarşısındaca övladın həyatına son qoyur.