Hud surəsi · 115-ci ayə

Və səbr et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Möhkəm ol, həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etmir.”


Nöqtələr
◘Rəvayətdə “günün iki tərəfi” deyilərkən sübh və qürub vaxtı, “gecə vaxtları”
deyilərkən axşam namazının nəzərdə tutulduğu bildirilir.

Əlbəttə ki, bu ayə gündəlik namazları tam şəkildə bəyan etmir.
◘Bir şəxs öz çirkin əməllərinə görə narahat idi. Ona görə də məsciddə
namazdan sonra Peyğəmbərdən (s) onu cəzalandırmasını istədi. Həzrət (s) ona buyurdu: “Həmin pis işdən sonra cəmiyyət namazında iştirak etdiyin üçün Allah
səni bağışladı.”
◘İmam Sadiqdən (ə) soruşdular ki, zalımlıqla pul qazanan bir şəxs “yaxşı işlər
pis işləri məhv edir” ayəsinə ümid edib fəqirlərə yardım göstərirsə, həccə gedirsə,
bu düzgündür? Həzrət (s) buyurdu: “ Günahı günahla yumaq olmaz.” Belə bir
şəxsin əldə etdiyi mal xalqındır. Xalqın malını isə istənilən bir şəkildə sərf etmək
haramdır.
Qur`anın ən ümidverici ayəsi
◘Həzrət Əli (ə) ətrafındakılardan soruşdu: “Qur`anın ən ümidverici ayəsinin
hansı ayə olduğunu bilirsinizmi?!” Hərə öz halına uyğun bir ayə söylədi. Bə`ziləri
bu ayəni oxudular: “Allah şirkdən savay bütün günahları bağışlayır.” Digərləri
başqa bir ayəni oxudular: “Hər kəs xilaf iş görüb zülm etsə və sonra tövbə qılsa,
Allahın bağışlayan və mehriban olduğunu görər.” Oradakılardan bir dəstəsi
başqa bir ayəni oxudu: “Ey bəndələrim, öz haqqınıza münasibətdə israf etmisiniz.
Allahın rəhmətindən mə`yus olmayın. Çünki O, bütün günahları bağışlayır.” Bir
başqaları bu ayəni ən ümidverici ayə kimi tanıdıqlarını bildirdi: “Çirkin bir iş
görən və özünə zülm edən kəslər Allahı yada salar və günahlarına görə
bağışlanma diləyərlər. Allahdan savay günahları bağışlayan kimdir?!
Həzrət (s) onları dinlədikdən sonra sözə başladı: “Həbibim Peyğəmbərdən (s)
eşitmişəm ki, bu ayə Qur`anın ən ümidverici ayəsidir: “Və əqimus-səlatə tərəfəyin
nəhari...” Sonra Peyğəmbər (s) sözünə belə davam etdi: “Ya Əli, and olsun bizi
xalqa doğru müjdəçi və qorxudan olaraq göndərən Allaha, insan dəstəmaz aldıqda
günahları yuyular, üzü qibləyə dayandıqda pak olar. Ya Əli, gündəlik namazlarını
qılan kəs hər gün beş dəfə evinin qarşısındakı çayda yuyunan kəs kimidir.”
Bildirişlər
1. Rəhbər xalqa nümunə olmalıdır.
2. Namazı bütün şərtləri ödəməklə və kamil qaydada yerinə yetirmək lazımdır.
“İqamə” sözündə tamlıq mə`nası var.
3. Namaz mö`minlərin qəlbinin qüvvəsidir. Ötən ayədə sabitqədəmliyin və
zalımlara e`timadsızlığın zəruriliyi bəyan olundu. Bütün bunlar üçün yüksək
ruhiyyəyə ehtiyac var. Ona görə də Allah bu ayədə namaz vasitəsi ilə ruhun
gücləndirilməsini əmr edir.
4. Namazları qeyd olunmuş vaxtda qılmaq lazımdır.
5. Namaz yaxşı işin ən aşkar nümunəsidir.6. İnsanın əməlləri bir-birinə tə`sir göstərir.
7. Namaz göstərişi Allahın ən işıqlı öyüdüdür. (Namaz ilahi zikrdir.)
8. İlahi xatırlatmalardan hər insan bəhrələnə bilmir.
9. Namazın bərpası sə`y və hövsələ tələb edir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 115-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 115-ci ayəsi nə haqqındadır?
Və səbr et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir.
Hud surəsi 115-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 115-ci ayənin təfsiri nədir?
“Möhkəm ol, həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etmir.” Nöqtələr◘Rəvayətdə “günün iki tərəfi” deyilərkən sübh və qürub vaxtı, “gecə vaxtları”deyilərkən axşam namazının nəzərdə tutulduğu bildirilir.Əlbəttə ki, bu ayə gündəlik namazları tam şəkildə bəyan etmir.◘Bir şəxs öz çirkin əməllərinə görə narahat idi. Ona görə də məsciddənamazdan sonra Peyğəmbərdən (s) onu cəzalandırmasını istədi. Həzrət (s) ona buyurdu: “Həmin pis işdən sonra cəmiyyət namazında iştirak etdiyin üçün Allahsən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.