Hud surəsi - Ayə: 114

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 114
Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 114. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 114 MÖHSÜN QƏRAƏTİ.

“Günün iki tərəfində və gecə vaxtları namazı bərpa edin. Həqiqətən,
(namaz kimi) yaxşı işlər pislikləri məhv edir. Bu (fərman) zikr əhli üçün
xatırlatmadır.”

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.