Hud surəsi - Ayə: 116
Hud surəsi 116. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 116 MÖHSÜN QƏRAƏTİ.
“Nə üçün sizdən əvvəlki vaxtlarda xalqı yer üzündə fəsaddan çəkindirən
elm və qüdrət sahibləri olmayıb? Məgər onların arasında az kəsəmi nicat
verdik? Zalımlar onları məst və azğın edən mal və məqam sorağında idilər.
Onlar günahkar adamlardır.”
Nöqtələr
◘“Bəqiyyə” sözü Qur`anda üç dəfə işlədilmişdir. Bu söz, ərəb lüğətində “fəzl
və qüdrət” kimi mə`nalandırılsa da, Qur`anda “saxlanan” mə`nasını bildirir. Bu
söz insanların nəfis şeyləri özü üçün saxlamasına işarə ola bilər. Başqa bir
yanaşmaya əsasən, yalnız qüdrət və qüvvə sahibləri səhnədə qala bilir.
◘Ayədə Allah-təala bir qrupu elm və qüdrətə yiyələnib cəmiyyəti islah
etmədiyi üçün qınayır.
Bu xəbərdarlıq Qur`anda “ləvla” sözü ilə bir neçə dəfə təkrarlanmışdır.
◘114-cü ayədə namaz, bu ayədə isə “nəhy əz münkər” haqqında danışılmışdır.
Namaz və əmr be mə`rufun yanaşı yada salındığı ayələr də var: “Ənkəbut”, 45;
“Hud”, 114; “Loğman”, “Həcc”, 41.
Bildirişlər
1. Bütün dövrlərdə ictimai fəsadlara biganə qalan insanlar məhkum və tənqid
olunmuşlar.
2. “Nəhy əz munkər” vəzifəsinə münasibətdə ən böyük məs`uliyyət elm və
qüdrət sahiblərinin öhdəsinə düşür.
3. Bütün cəmiyyətlərdə islahatçı və canıyanan fərdlər azlıq təşkil edir.. Keçmiş ümmətlərin süqut rəmzi onların fəsada biganəliyi və “nəhy əz
münkəri” tərk etməsi olmuşdur.
5. Doğru yol təbliğçilərinin canıyananlığının və cəmiyyətin islahının nəticəsi
ilahi qəzəbdən qurtuluşdur.
6. Zülm, əyyaşlıq və günah süqut üçbucağının tərəfləridir.