Əl-Ənam ‏ surəsi · 94-cü ayə

(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.”
Nöqtələr
Bu formada ölüm və ya qiyamət zamanı müşriklərə xitab olunur.
"Xəvələ” sözündən olan "xəvvəlna” sözü qəyyuma ehtiyaclı olan şeyi bildirir. Adətən, mal-mülk belə adlandırılır.
Bildirişlər
1. Qiyamətdə insan tənhadır.
2. Məad cismanidir.
3. Müşriklər dörd şeyə istinad edirdilər: Qövm-qəbilə, mal-mülk, böyüklər və ağalar, büt və məbudlar.
Ayədə hər dörd istinadgahın qiyamətdə səmərəsiz olduğu bildirilir. Bununla bağlı "qövm və qəbiləsiz”, "var-dövlətsiz”, "dost-yoldaşsız”, «bütün xəyali qüdrətlərin məhvi» təbirləri işlədilir.
4. Əsassız gümanlar bir çox azğınlıqların səbəbidir.
5. Qiyamətdə həqiqətlər üzə çıxır, xəyallar məhv olur.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 94-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 94-cü ayəsi nə haqqındadır?
(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də ...
Əl-Ənam ‏ surəsi 94-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 94-cü ayənin təfsiri nədir?
"Həqiqətən, sizi ilk dəfə yaratdığımız kimi indi də tək-tənha (ölüm zamanı və ya qiyamət anında) yanımıza gəldiniz. Sizə verdiyimiz bütün mal-mülkü arxada qoydunuz. (Taleyinizin təyinində) şəfaətçi olaraq Allaha şərik qoşduqlarınızı sizinlə birlikdə görmürük. Doğrusu aranızda (bağlar) qırılmışdır. (Şərik və şəfaətçi) güman etdikləriniz sizi qoyub getdi.” Nöqtələr Bu formada ölüm və ya qiyamət zamanı müşriklərə xitab olunur. "Xəvələ” sözündən olan "xəvvəlna” sözü qəyyuma ehtiyaclı olan şeyi bildi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.