Əl-Ənam ‏ surəsi - Ayə: 95

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 95
Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 95. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 95 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?”
Nöqtələr
"Faliq” sözü "fələq” sözündən olub parçalanmaq, çırtlamaq mənalarını bildirir. Buğda və arpa dəni kimi yeməli dənlər "həbb”, "həbbə” adlandırılmışdır. "Nəva” çəyirdək, tum mənasını bildirir.
Cansız otdan canlı heyvan, canlı heyvandan cansız süd yaranır. Cansız toxumdan canlı ağac, inkişaf etmiş ağacdan cansız toxumlar ərsəyə gəlir.
Rəvayətlərə əsasən, ayədə nəzərdə tutulur ki, bəzən imansız insanlardan mömin övladlar, bəzən imanlı insanlardan kafir övladlar vücuda gəlir. 
Bildirişlər
1. Toxumu əkmək insanın işidir. Amma onu torpağın altında çırtladıb göyərtmək Allaha aiddir.
2. Təbiət əsərlərinə diqqət ən üstün allahşünaslıq yollarındandır.
3. İnsanın ruzisi Allahın göyərtdiyi həmin toxumlardan yaranır. Bu halda nə üçün başqasına üz tutmalıyıq?!
Müəllif: MÖHSÜN QƏRAƏTİ.