Əl-Ənam ‏ surəsi · 92-ci ayə

Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.”
Nöqtələr
Ayənin ərəbi mətnində "Litunzirə” sözü "vav” hərfi ilə yanaşı işlənmişdir. Bu onu göstərir ki, Quranda qorxutma ("Litunzirə”) məqsədindən əlavə də məqsədlər var.
Peyğəmbərlər hidayət və qurtuluş müjdəçisi olsalar da, insanda zərəri dəf etmək hissi mənfəət qazanmaq hissindən güclü olduğundan, onun ruhu qorxutmadan daha tez təsirlənir. Quranda qorxutma sözünün müxtəlif formaları müjdə sözünün müxtəlif formalarından daha çox işlənmişdir.
Bildirişlər
1. Quran bütün bərəkətlərin daşıyıcısıdır. (Məsələn, hidayət, ibrət, şəfa, inkişaf, izzət).
2. Quran digər səmavi kitablarla həmahəng olub onları təsdiqləməklə bir daha məqsəd birliyi və işin ilahiliyini göstərir.
3. Təbliğə "Ümmül-qura” (Məkkə) və mühüm mərkəzlərdən başlanılmalıdır. Yalnız sonra əyalətlərə üz tutmaq olar.
4. Quran və qiyamətə əqidə yanaşıdır.
5. İmanın ən aydın təzahürü namazdır.
6. Axirətə iman namazın hifz amillərindəndir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 92-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 92-ci ayəsi nə haqqındadır?
Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan....
Əl-Ənam ‏ surəsi 92-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 92-ci ayənin təfsiri nədir?
"Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.” Nöqtələr Ayənin ərəbi mətnində "Litunzirə” sözü "vav” hərfi ilə yanaşı işlənmişdir. Bu onu göstərir ki, Quranda qorxutma ("Litunzirə”) məqsədindən əlavə də məqsədlər var. Peyğəmbərlər hidayət və qurtuluş müjdə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.