Əl-Ənam ‏ surəsi - Ayə: 91

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 91
«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.» De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 91. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 91 MÖHSÜN QƏRAƏTİ.

"Allahı layiq olduğu kimi tanımadılar, çünki dedilər: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir. «De ki, Musanın xalq üçün nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etdi?» Bir kitab ki, onu vərəq-vərəq edib (qəlb istəklərinə uyğun) bir hissəsini aşkar, çoxunu isə pünhan etdilər. Sizin və atalarınızın bilmədikləri (həmin səmavi kitab, Tövrat vasitəsi ilə) Sizə endirildi. «(Ey peyğəmbər,) de ki, Allah (onları nazil etdi). Sonra əl götür ki, öz haqsız danışıqlarında batıb qalsınlar.”
Nöqtələr
Bir dəstə yəhudi həzrət Musaya vəhy nazil olmasını qəbul etsə də, inadkarlıq göstərərək deyirdilər: "Allah heç bir peyğəmbərə kitab göndərməmişdir.”
Bu ayə buyurur: "Dediyiniz sözlər əqidənizlə uyuşmur. Əgər Allah heç kəsə vəhy göndərmirsə, bəs iman gətirdiyiniz Tövratı kim nazil etmişdir?”
Bildirişlər
1. Peyğəmbərlər və səmavi kitabların göndərilməsi Allahın Öz bəndələrinə olan lütflərindəndir. Onu inkar edənlər əslində Allahın lütfünü, rəhmətini, hikmətini inkar edirlər.
2. Təlqin olunan şübhələrə cavab verilməməlidir.
3. Əsl Tövrat nur və hidayət olmuşdur.
4.Tövratda yəhudi alimlərinin gizlətdikləri həqiqətlər olmuşdur.
5. Din təbliğatçıları yersiz məsləhətlərdən çəkinərək məktəb maarifi və həqiqətlərini xalqa bəyan etməlidirlər.
6. Vəhy olmasa insan bir çox maariflərdən məhrum qalar.
7. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.
8. Dəlillər həddi aşmamalı, zəruri ölçüdə olmalıdır. Bu ayə özü də bir növ dəlildir və onda buyurulur: "İndiki ki, qəbul etmirlər, onları boşla.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.