Əl-Ənam ‏ surəsi · 88-ci ayə

Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.”
Bildirişlər
1. Əsil hidayət Allahın hidayətidir. Başqalarının hidayəti, yol göstərməsi ilğım, boş xəyaldır.
2. Hidayət Allahın işidir. Hətta peyğəmbərin də müstəqil hidayət yolu yoxdur.
3. Şirk insanın gördüyü işlərin məhv və batil olması amilidir.
4. İlahi sünnədə ayrı-seçkilik yoxdur. Hətta peyğəmbərlər də şirkə yol versələr, tənbeh olunarlar. Çünki əsas şəxs yox, haqdır. (Əvvəlki ayələrin peyğəmbərlərə aid olmasını nəzərə almaqla.)
5. Peyğəmbərlər məsumdurlar və heç vaxt şirk tozuna bulaşmamışlar. Ayədəki bu fərziyyə mümkünsüz sayılır və aldatmaq məqsədi daşıyır.
6. İlahi dünyagörüşünə əsasən, işlərin dəyəri onlardakı ixlas, səmimiyyətdən asılıdır. Əgər ixlas olmasa, görülən işlər hədərə gedəsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 88-ci ayəsi nə haqqındadır?
Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.
Əl-Ənam ‏ surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 88-ci ayənin təfsiri nədir?
"O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.” Bildirişlər 1. Əsil hidayət Allahın hidayətidir. Başqalarının hidayəti, yol göstərməsi ilğım, boş xəyaldır. 2. Hidayət Allahın işidir. Hətta peyğəmbərin də müstəqil hidayət yolu yoxdur. 3. Şirk insanın gördüyü işlərin məhv və batil olması amilidir. 4. İlahi sünnədə ayrı-seçkilik yoxdur. Hətta peyğəmbərlər də şirkə yol versələr, tənbeh olunarlar. Çünki əsas ş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.