Əl-Ənam ‏ surəsi - Ayə: 87

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 87
Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 87. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 87 MÖHSÜN QƏRAƏTİ.

"Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.”
Nöqtələr
Bəzilərinin fikrincə, nəsil (züryət) dedikdə yalnız insanın oğuldan olan nəvələri nəzərdə tutulur. Amma həzrət İsanın atası yox idi və o yalnız ana tərəfdən İbrahimə bağlı idi. Beləcə, həzrət İsa həzrət İbrahimin nəslindən sayılırdı. İmam Sadiq (ə) və imam Kazim (ə) həmin ayəyə istinadən yalnız ana tərəfdən peyğəmbərə bağlı olan əhli-beyti peyğəmbər nəsli (züryəti) saymışlar.  Fəxr Razi də öz təfsirində bu nöqtəni qəbul etmişdir. "Təfsire-Əl-Mənarda” da Buxaridən nəql olunmuş hədisdə həzrət Peyğəmbər (s) "züryət” (nəsil) sözünü imam Həsən (ə) haqqında işlətmişdir.
"Yəsə” sözünün müstəqil ad, ya "vəsə” sözünün indiki zamanı, ya "yuşə” sözünün ibri dilindən ərəb dilinə çevrilmə variantı olması barədə müxtəlif fikirlər var.
Bəziləri "atalarından” sözünün çıxışlıq halda olmasına istinad edərək peyğəmbərlərin ata-babaları arasında da azğın adamların olduğunu güman etmişlər. Halbuki ayədə sözün bu formada işlədilməsinin səbəbi atalar arasından peyğəmbərlərin seçilməsidir. Söhbət iman yox, peyğəmbər seçimindən gedir. 
Müəllif: MÖHSÜN QƏRAƏTİ.