"Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.”
"Hukm” sözü hökumət, rəhbərlik mənasını bildirir. Bu sözdə həm mühakimə, həm də dərk və əql mənaları var. "Müfrədate-Rağib” kitabında bu söz maneçilik, yayındırmaq kimi mənalandırılmışdır. Əql, mühakimə, haqq hakimiyyət səhv və xilafa mane olduğundan hökm təbiri onlara aid edilmişdir.
"Təfsire-əl-Mənar”, "Ruhul-məani” mənbələrində təfsirçilər nəql edirlər ki, küfr etməyib, haqqı qəbul və himayə edən qövm dedikdə, iranlılar nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurmuşdur: "Bu əmr sahibinin səhabələri qorunur. Əgər bütün xalq onlardan üz döndərsə, Allah onları səhabəsiz qoymaz.
1. Peyğəmbərlərin hökumət və qəzavət haqları var.
2. Xeyir əməl, islahın önə çəkilməsi, doğru yolun tapılması peyğəmbər sifətlərindəndir.
3. Hər bir məktəbin tərəfdarları və müxalifləri var. Bəzən tərəfdar müxalifətə keçir, bəzən də müxalif tərəfdar olur. Mürtəd və kafir dönüb müsəlman ola bilər.
4. Bir dəstənin küfrə varması haqq məktəbini tərəfdarsız qoymur. Əgər yol haqq və ilahi yoldursa, insanların yaxınlaşıb uzaqlaşması insana təsir etməməlidir.