Əl-Ənam ‏ surəsi · 80-cu ayə

Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: "Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?”
Bildirişlər
1. Batil əhli təəssübkeşdir. (Borclunu rahat buraxdıqda tələbkarlıq etdiyi kimi, azğın qövm də öz şirkindən xəcalət çəkmək əvəzinə alimlik iddiası edir.)
2. Batil əhlinin təəssübü və inadkarlığı təəccüb doğurur.
3. Bir Allaha inanan (müvəhhid) tənha qalsa da, cəmiyyətlə baş-başa gəlməkdən narahat olmur.
4. Haqqı axtarmaq insanın, hidayət Allahın işidir. (Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.)
5. İlahi hidayətə nail olan üçün qorxu yoxdur.
6. Allahdan qeyrisindən qorxmamaq tövhid nişanəsidir. (Müşriklər həzrət İbrahimi bütlərin intiqamını alacaqları ilə hədələyirdilər.)
7. Bütlərdən və zalım hakimlərdən qorxu şirk əqidəsindən qaynaqlanır. (Bütlərdən qorxu bütpərəstlik təəssübü doğururdu.)
8. Hər bir hadisənin təsiri və rolu Allahın iradəsinə bağlıdır.
9. Rübubiyyət, elmi əhatəsi olana layiqdir.
10. Həqiqət fitri və vicdani bir şeydir və onu tanımaq üçün xatırlama kifayətdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 80-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 80-cu ayəsi nə haqqındadır?
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elm...
Əl-Ənam ‏ surəsi 80-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 80-cu ayənin təfsiri nədir?
"Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: "Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?” Bildirişlər 1. Batil əhli təəssübkeşdir. (Borclunu rahat buraxdıqda tələbkarlıq etdiyi kimi, azğın qövm də öz şirkindən xəcalət çəkmək əvəzinə ali...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.