Əl-Ənam ‏ surəsi - Ayə: 81

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 81
«Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 81. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 81 MÖHSÜN QƏRAƏTİ.

"Sizin Allaha şərik qoşduğunuz şeydən necə qorxum? Hansı ki, siz, haqqında Allah tərəfindən heç bir dəlil nazil olmayanı Ona şərik qoşur və qorxmursunuz? Əgər bilirsinizsə (deyin ki,) bu iki dəstədən hansı (qiyamətdə) qurtuluşa daha layiqdir?”
Nöqtələr
Ayədəki "sultan” sözü dəlil, höccət mənasını bildirir.
Qorxunu Allaha etiqad səbəbləri bilənlərin əksinə olaraq, ayə qorxunu şirk səbəbi bilir. Ehtimali hədələrdən qorxmayın.
Bildirişlər
1. Xəyali hədələrdən qorxmayın.
2. Ruhi aramlıq yalnız tövhid sayəsində əldə edilir.
3. Dini əqidələr dəlilə əsaslanmalıdır.
4. Mübahisə zamanı xalqın təəssüb hissini qızışdırmaq olmaz. Ayədə buyurulur ki, biz amandayıq, siz təhlükədə.
5. Həqiqi elm Allaha doğru yolu göstərir. Əgər ondan düzgün istifadə etsək, nəticələr də düzgün olar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.