Əl-Ənam ‏ surəsi - Ayə: 79

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 79
«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 79. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 79 MÖHSÜN QƏRAƏTİ.

"Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.”
Nöqtələr
Qürub, müvəqqətilik bəyanatından sonra sabitliyə çatmaq Allahın İbrahimə əta etdiyi ilahi baxışdan danışır.
"Hənif” xalis və büdrəməsiz, doğru yola meyl mənasını bildirir.
Lüğət baxımından "yaratmaq” mənasını verən, "fətərə” sözü ayədə parçalama mənasını bildirir. Bəlkə də burada günün elminə işarə olunmuşdur. Aləm ilk öncə vahid bir nüvə olmuş, sonra parçalanaraq ayrı-ayrı planetlərə çevrilmişdir. 
Bildirişlər
1. Haqq yol bizə aşkar olan kimi qəti şəkildə onu elan edək və tənhalıqdan qorxmayaq.
2. Cüzi, maddi, məhdud və fani bütlərə pərəstişdən üz döndərən kəs külli, mənəvi, sonsuz və əbədi məbuda yetişir.
3. Görüntülər bizi aldatmasın, onlar tez, ya gec gözdən itir. Görüntüləri yaradan Allaha diqqət yetirin.
4. İnsan elə bir məqama çata bilər ki, nəsillərin və əsrlərin batil əqidələrini aradan qaldırsın.
5. Həqiqi tövhid şirkə arxa çevirməklə müşayiət olunur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.