Əl-Ənam ‏ surəsi · 74-cü ayə

. (Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: "Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.”
Nöqtələr
Təbii ki, "əb” sözü ata mənasını bildirir. Amma ana babaya, əmi və tərbiyəçiyə də "əb” deyilir. Yaqubun övladları da ataları və atalarının əmisinə "əb” deyirdilər.  Həzrət peyğəmbər buyurur: "Mən və Əli (ə) bu ümmətin atalarıyıq.” Belə ki, Azər İbrahimin atası yox, əmisi idi. İbrahimin ata-babası isə təkallahçı olmuşdular.
Təbəri, Alusi, Süyuti kimi sünni alimləri də deyirlər: "Azər İbrahimin atası olmamışdır. Bundan əlavə, İbrahim öz ata-anası haqqında dua edir.  Hansı ki, müsəlman hətta ən yaxın adamı müşrik olduqda, onun bağışlanması üçün dua edə bilməz.
Bütün deyilənlərdən belə məlum olur ki, ayədə "əb” ata mənasını bildirmir. Onu da qeyd edək ki, tarix kitablarında İbrahimin atasının adı "Tarux” (terax) kimi zikr olunmuşdur. 
İbrahim əmisi Azərə hələ ondakı küfr ruhu aşkarlanmadığı bir vaxt dua etmişdi. Amma Azərin haqqı qəbul etmədiyi aşkar olduqda İbrahim ondan ayrıldı. 
Bildirişlər
1. Qohumluq nəhy əz münkərə mane ola bilməz.
2. Münasibətlərdə meyar insanın yaşı yox, haqdır.
(Həzrət İbrahim yaşlı əmisinə haqqı aşkar bəyan edib xəbərdarlıq etmişdi.)
3. Haqqa dəvət edərkən yaxınlardan başlamaq lazımdır. Söhbətdə diqqət əsas məsələyə yönəldilməlidir.
4. Şirk və bütpərəstlik həzrət İbrahimin risalətindən qabaq vardı.
5. Çoxluq, yaş batili haqq etmir və hər bir şəraitdə dəyər sayılmır.
6. Bütpərəstlik sağlam vicdan və ağılın məzəmmət etdiyi azğınlıqdır.
7. İbrahim həlim təbiətli olsa da,  və peyğəmbər hətta fironla da yumşaq danışmalıdırsa, həzrət İbrahim bu ayədə əmisinin küfrdə israrına xatir sərtdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 74-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 74-cü ayəsi nə haqqındadır?
. (Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».
Əl-Ənam ‏ surəsi 74-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 74-cü ayənin təfsiri nədir?
"(Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: "Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.” Nöqtələr Təbii ki, "əb” sözü ata mənasını bildirir. Amma ana babaya, əmi və tərbiyəçiyə də "əb” deyilir. Yaqubun övladları da ataları və atalarının əmisinə "əb” deyirdilər.  Həzrət peyğəmbər buyurur: "Mən və Əli (ə) bu ümmətin atalarıyıq.” Belə ki, Azər İbrahimin atası yox, əmisi idi. İbrahimin ata-babası isə təkallahçı olmuşdular. Təbəri, Alusi, Süyuti kimi sünni alim...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.