Əl-Ənam ‏ surəsi - Ayə: 73

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 73
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 73. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 73 MÖHSÜN QƏRAƏTİ.

"O, göyləri və yeri haqq olaraq yaradan kəsdir. O gün ki "ol” deyər, yubanmadan olar. Onun sözü haqdır. (Qiyamət zamanı) sur üfürülən gün hakimiyyət yalnız Onundur. O, qeybi və aşkarı biləndir. Odur hikmət sahibi və agah.”
Nöqtələr
Quranda surun iki növ üfürülməsi qeyd olunur: Bunlardan biri viranedici, digəri qiyamət üçün dirçəldicidir. Bu ayədə həmin məsələyə bir dəfə toxunulur. Amma "Zumər” surəsinin 68-ci ayəsində iki sur üfürülməsinə işarə olunmuşdur.
Əgər əvvəlki ayələrdə söhbət Allah qarşısında təslimçilik və namazın bərpasından gedirdisə, bu ayədə həmin mövzuların səbəbləri zikr olunur. Bildirilir ki, yaranış Allahın əlindədir, O, agah və hikmət sahibidir, hər şeydən xəbərdardır.
İmam Sadiq (ə) "qeyb və aşkardan xəbərdardır” cümləsi haqqında buyurmuşdur: "Qeyb odur ki, hələ ki, gəlməmişdir. Aşkar isə olmuş və hazırda olandır.” 
Bildirişlər
1. Yaranış hikmətli və məqsədlidir. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur. 
2. Allahın istək və iradəsi qarşısında heç bir maneə yoxdur.
3. Allah üçün qeyb və aşkar, məxfi və aydın eynidir.
4. Allahın hakimiyyəti hikmət və elmə əsaslanır.
5. Qiyamətdə ilahi qüdrət hamı üçün aşkarlanar. Çünki orada bütün vasitələr aradan götürülər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.