Əl-Ənam ‏ surəsi - Ayə: 75

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 75
Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 75. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 75 MÖHSÜN QƏRAƏTİ.

"Göy və yer mülkünü bu sayaq İbrahimə göstərdik ki, (xatircəmlik tapıb) yəqin əhlindən olsun.”
Nöqtələr
Ayədəki "mələkut” sözü haqqında müxtəlif rəylər vardır və onların bəzilərini nəzərdən keçiririk:
"Mələkut” sözü "mülk” sözündəndir. Bu sözün sonuna artırılmış "vav” və "ta” hərfləri təkid, mübaliğə bildirir. "Səmaların mülkü” dedikdə Allahın onlar üzərindəki mütləq və həqiqi malikliyi nəzərdə tutulur. "Mülkün müşahidəsi” dedikdə isə əşyanın Allaha aidlik baxımından müşahidəsi başa düşülür. "Mələkuti baxış” varlıq aləmindəki tövhidin və şirkin batil olmasının dərkidir. 
Varlıq aləmi dörd hissəyə bölünür: Lahut (Allahdan başqalarının xəbərsiz olduğu ilahi aləm), Cəbərut (mücərrədliklər aləmi), Mələkut (cisimlər aləmi), Nasut (varlıq, fəsad, dəyişiklik, hadisələr aləmi.) 
Mələkut aləmi sirr, nəzm, qəribəliklər aləmi və qeyb dünyasıdır.  Mələkut göylər və ondakı qəribəliklərdir. 
İbrahim səma və yer səltənətini gördükdə Allahın sünnə, xilqət, hikmət və rübubiyyəti ilə daha artıq tanış oldu. İmam Baqirin (ə) buyruğuna görə Allah İbrahimin gözünə bir qüdrət və nur vermişdi ki, səmaların, ərşin və yerin dərinliyini müşahidə edirdi.” 
Möhkəm dəlillər və başqalarına elmi yanaşma qəlb imanına ehtiyaclıdır. Həzrət İbrahim də yəqinliyə çatdıqdan sonra dəlillərə varırdı ki, bu da növbəti ayələrdə bəyan olunmuşdur. 
"Vəliyəkunə minəl-muqinin” cümləsindəki "vav” hərfi ilahi baxışın bir neçə məqsəd daşıdığını bildirir. Onlardan biri Həzrət İbrahimin yəqinə çatmasıdır.
Bildirişlər
1. Haqqı tanıyıb ona dəvət edən və heç nədən çəkinməyən kəsə Allah ilahi (mələkuti) baxış əta etmişdir. Ötən ayəyə əsasən, həzrət İbrahim də bu məqama çatmışdı. Bəli, bir gənc də mənəvi təkamüllə ilahi baxış əldə edə bilər. Çoxsaylı təfsirlərə əsasən, İbrahim həmin vaxt bir yeniyetmə idi.
2. Peyğəmbərlər Allahın xüsusi hidayətindən bəhrələnmişlər.
3. İmanın ən ali dərəcəsi yəqindir.
4. Yəqinə çatmaq üçün ilahi yardıma ehtiyac var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.