Əl-Ənam ‏ surəsi · 53-cü ayə

Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?”
Nöqtələr
Quran dəfələrlə sərmayədarların, varlıların yuxarıdan getməsini, tələbkarlığını bəyan və məhkum etmişdir. Onlar umurdular ki, vəhy və Quran onlara nazil olsun. Onlar deyirdilər: "Bizim aramızda onamı vəhy nazil oldu?!” Başqa bir ayədə bu etiraz belə bəyan olunur: "Nə üçün vəhy həmin iki yerdən olan böyük bir şəxsə nazil olmadı?!” 
Həqiqi möminlər iman nemətinə görə şükür edirlər. Bir şəxs imam Kazimə (ə) öz yoxsulluğundan şikayət etdikdə həzrət buyurdu: " Sənin nəzərincə ən varlı adam kimdir?” Həmin şəxs dedi: "Xəlifə Harun ər-Rəşid.” İmam (ə) soruşdu: "İmanını verib onun sərvətini almağa hazırsanmı?” Yoxsul dedi: "Xeyr.” İmam (ə) buyurdu: "Demək, sən ondan varlısan. Çünki səndə onun sərvəti ilə dəyişmək istəmədiyin bir şey var.” 
Bildirişlər
1. İctimai fərdlər bəzən sınaq və inkişaf vasitəsi olur. Varlılar cəmiyyətdəki kasıblarla sınağa çəkilir.
2. Varlılar yoxsulları təhqir edir və özlərini daha dəyərli sayırlar.
3. İmanlı yoxsullar Allahın seçilmişləridir.
4. Kafirlərin təhqirlərinin cavabı möminlərlə ilahi nəvaziş və məhəbbətlə verilir.
5. Allahın fəqirlərə minnəti onların şükrünün nəticəsidir.
6. Allah xalqın istəyi əsasında yox, Öz hikməti əsasında iş görür.
7. Peyğəmbərlər şükür edənlərin bariz nümunələridirlər. Peyğəmbərlərin hidayətini qəbul edən fəqirlər də hidayət nemətinə şükr edənlərdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 53-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 53-cü ayəsi nə haqqındadır?
Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?
Əl-Ənam ‏ surəsi 53-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 53-cü ayənin təfsiri nədir?
"Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?” Nöqtələr Quran dəfələrlə sərmayədarların, varlıların yuxarıdan getməsini, tələbkarlığını bəyan və məhkum etmişdir. Onlar umurdular ki, vəhy və Quran onlara nazil olsun. Onlar deyirdilər: "Bizim aramızda onamı vəhy nazil oldu?!” Başqa bir ayədə bu etiraz belə bəyan olunur: "Nə üçün vəhy həmin ik...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.