Əl-Ənam ‏ surəsi - Ayə: 52

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 52
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 52. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 52 MÖHSÜN QƏRAƏTİ.

"Sübh və axşam Allahın razılığını istəyən halda Rəblərini çağıran kəsləri özündən kənarlaşdırma. Onların hesabından sənin öhdəndə, sənin hesabından onların öhdəsində bir şey yoxdur ki, onları rədd edib nəticədə zalımlardan olasan.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir ki, pullu kafirlərdən bir dəstəsi peyğəmbərin ətrafında Əmmar və Bilal kimi fəqirləri gördükdə həzrətin onları özündən uzaqlaşdırmasını təklif edirdilər. Bu vaxt haqqında danışılan ayə nazil oldu. Mövzunun oxşarı "Kəhf” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
"Təfsire-Qurtubi”də nəql olunur: "Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) son fəqir ayağa qalxanadək fəqirlərin məclisindən qalxmazdı.”
«Sübh və axşam Allahı çağırmaq» dedikdə gündəlik namazlar nəzərdə tutula bilər. 
Bildirişlər
1. Səmimi, fəqir, mücahid qüvvələrin hifzi kafir varlıları cəzb etməkdən daha mühümdür.
2. Məqsəd vasitəni əhəmiyyətsiz etmir. Küfr başçılarını cəzb etmək üçün mövcud müsəlmanlara diqqətsizlik göstərmək olmaz.
3. İslam ayrıseçkilik, millətpərəstlik, imtiyaz tələblik və bac istənilməsi ilə mübarizə aparan məktəbdir. (Ayənin nazil olma şəninə əsasən.)
4. Peyğəmbərlərin əksər tərəfdarları yoxsullar olmuşlar. (Ayənin nazil olma şəninə əsasən.)
5. Bəhanəçi adamlar rəhbər və əqidə məktəbində eyb tapa bilmədikdə, həmin məktəbin ardıcıllarının yoxsulluğunu eyb göstərirlər.(Ayənin nazil olma şəninə əsasən.)
6. Heç bir imtiyaz imanla müqayisə oluna bilməz.
7. Ölçü insanların hazırkı halıdır. Əgər mömin yoxsulların əvvəllər xataları olubsa, onlarla Allah hesab çəkəsidir.
8. Hamı ilə Allah hesab çəkəsidir. Hətta başqalarının hansı yolu seçməsi üçün peyğəmbərlər məsuliyyət daşımır. Peyğəmbərin özünün də hesab-kitabı var.
9. İxlaslı yoxsulların rədd olunması zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.