Əl-Ənam ‏ surəsi - Ayə: 54

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 54
Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 54. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 54 MÖHSÜN QƏRAƏTİ.

"Nə vaxt ayələrimizə iman gətirənlər yanına gəlsələr, de ki, salam olsun sizə! Rəbbiniz Özü üçün rəhməti müəyyənləşdirmişdir ki, sizlərdən hər hansınız nadanlıq üzündən pis iş gördükdə, tövbə qılıb özünü islah etsin. Şəksiz, Allah bağışlayan və mehribandır.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.