Əl-Ənam ‏ surəsi · 33-cü ayə

Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: "Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar.” Bəzən isə belə deyirdilər: "O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib.” Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər.
İmam Sadiq (ə) "səni təkzib etmirlər” təbiri haqqında buyurmuşdur: "Yəni onlar sənin dediklərini və müddəalarını batil edə bilməzlər.” 
Bildirişlər
1. Müxaliflərin təkzibi rəhbəri pərişan etməməlidir. Bu səbəbdən də Allah Öz peyğəmbərinə təsəlli verib, onu himayə edir.
2. Allah insanın daxili ruhiyyəsinə agahdır.
3. Peyğəmbərin təkzib olunması Allahın təkzib olunmasıdır. Eləcə də, peyğəmbərə beyət Allahla beyətdir.
4. Başqalarının daha böyük çətinliklərini, təkzib olunmaqlarını nəzərə alaraq öz çətinliyimizi asan sayaq.
5. Peyğəmbərlərin müxalifləri hansısa bir şəxslə yox, əqidə məktəbi ilə müxalifdirlər.
6. İlahi ayələrin təkzibi insanın həm özünə, həm peyğəmbərə, həm əqidə məktəbinə, həm də gələcək nəsillərə zülmdür.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 33-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 33-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.
Əl-Ənam ‏ surəsi 33-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 33-cü ayənin təfsiri nədir?
"Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.” Nöqtələr Ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: "Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar.” Bəzən isə belə deyirdilər: "O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib.” Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər. İmam Sa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.