Əl-Ənam ‏ surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 32
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil. Təqva yolunu tutanlar üçün isə, əlbəttə ki, axirət evi üstündür. Yoxsa düşünmürsünüz?”
Nöqtələr
Əgər dünya həyatı axirət üçün əkinəcək olmasa oyuncaq olar. Uşaqlar oyuncaqla başlarını qatdıqları kimi, xalq da dünya malına aludə olub ömrünü əldən verər. Məsələn, teatr səhnəsində biri şah, digəri vəzir, o biri isə nökər libası geyir. Bir saatdan sonra isə hamı libasını soyunur və əvvəlki halına qayıdır. Açıq-aşkar görünür ki, bu bir saat ərzindəki məqamlar xəyali bir məqam imiş.
Axirətin dünyadan üstünlük nişanələri sırasında ondakı ləzzətlərin əziyyətlə birgə olmaması və davamlılığıdır.
Quranın əvvəlki ayələrini nəzərə almaqla bu ayəni tərki-dünyalığa dəvət kimi qəbul etməməliyik.
"Ləb” dedikdə yanlış məqsədli iş başa düşülür. "Ləhv” isə insanı mühüm işlərdən ayıran işdir. 
Dünya bir neçə baxımdan oyun-oyuncağa oxşayır: dünyanın da ömrü oyunun ömrü kimi qısadır; dünya da oyun kimi yorucudur və acı-şirinliyi var; məqsədsiz qafillər oyunu özlərinə peşə seçirlər; dünyapərəstlik də oyun kimi insanı mühüm məqsədlərdən ayırır.
Bildirişlər
1. Dünyapərəstlik uşaqyana və puç fikirdir. (Oyun-oyuncaq, adətən, uşaq işi olur və dünyaya baş qatmaq insanı axirətdən ayırır.)
2. Axirət təhlükəsindən qurtuluş yolu düşüncədir.
3. Düşüncəli insan dünyaya aldanmır.
4. Düşüncəsizlik insanı dünyaya qul edir və axirətdən qəflətdə saxlayır.
5. Axirətdən xəbərsizlik məzəmmətə səbəb olur.
6. Düşüncə və təqva bir-biri üçün şərtdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.