Əl-Ənam ‏ surəsi - Ayə: 34

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 34
Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 34. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 34 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, səndən qabaq da peyğəmbərlər təkzib olundular. Amma onlar bu təkzib və əzab-əziyyət qarşısında səbir etdilər. Nəhayət, Bizim yardımımız onlara çatdı. (Sən də belə ol, çünki) Allahın kəlmələrini (sünnələrini) dəyişən yoxdur. Şübhəsiz, peyğəmbərlərin xəbərlərindən sənin üçün gəlmişdir. (Onların tarixi ilə tanışsan.)”
Nöqtələr
«Kəlmələr» dedikdə ilahi sünnələr nəzərdə tutulur. 
Tarix hadisələri tanımaq üçün qəbul olunmuş qaynaq və mənbədir. Əvvəlki peyğəmbərlərin səbrindən, Hud, Saleh, Lut qövmünün həlak olmasından ibrət götürülməlidir. Allahın sünnə və qanunu budur ki, xalqa seçim azadlığı verilsin və peyğəmbərlər göndərilsin. Allah kafirləri cəzalarına çatdırır, peyğəmbərlərə öz dəvətlərində yardım göstərir.
Quranın müxtəlif ayələrində Allah-təala səbirli rəhbərlərə və möminlərə yardım göstərəcəyini Özünə vacib bilmişdir. 
Bildirişlər
1. Haqq yol heç vaxt hamar olmamışdır. Peyğəmbər amallarının araşdırılması daim çətinliklərlə müşayiət olunmuşdur.
2. Çətinliklərə sinə gəlməkdə ən üstün vasitə ilahi yardımların bəyanıdır.
3. Rəhbərlər hamıdan itaət gözləməməlidirlər.
4. Qələbənin əsas şərti səbirdir. (Allah səbirlilərə qələbə ümidi verir.)
5. Düşmənlər haqqa qarşı döyüşdə heç nədən çəkinmirlər. Onlar həm təkzib edir, həm də əzab-əziyyət verirlər.
6. Ardıcıl səbir ilahi yardıma çatma zəminəsidir.
7. Haqq qalibdir.
8. İlahi sünnələr, qanunlar dəyişməzdir. Allah Öz vədinə vəfalıdır.
9. Hər kəs tarixdən öz oxşarını tapmalıdır.
10. Keçmiş nəslin zəhmətlərini xatırlamaq və dəyərləndirmək lazımdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.