Əl-Ənam ‏ surəsi · 31-ci ayə

Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sözsüz, (qiyamətdə) Allahla görüşü təkzib edənlər ziyankar oldular. Vəd olunmuş saat qəfildən soraqlarına gələn kimi, öz günahlarının ağır yükünü arxalarında çəkdikləri halda deyərlər: "Dünyada yol verdiyimiz nöqsanlara görə vay halımıza!” Agah olun ki, çiyinlərində çəkdikləri yük necə də pis yükdür.”
Nöqtələr
"Liqaullah” dedikdə qiyamətdəki mənəvi və batini görüş nəzərdə tutulur. Çünki qiyamətdə insanın bütün dünyəvi bağlılıqları qırılır. İnsan ilahi mükafat və cəza ilə üzbəüz dayanmaqla Allahın mütləq hakimiyyətini dərk edir.
Həsrətin səbəbi mənafelərin əldən çıxması, peşmançılığın səbəbi qarşıya çıxmış zərərlərdir. 
Qiyaməti "saat” da adlandırmışlar. Çünki bu səhnə şimşəksayaq bir saat və anda qurular. "Nəhl” surəsinin 77-ci ayəsində buyurulur: "Qiyamət bir göz qırpımında və ya ondan da yaxın müddətdə qurular.”
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: "Od əhli behiştdəki yerini görüb (Allah hər kəsə behiştdə ayırdığı yeri göstərər) anlayar ki, ağır ziyana düşmüşdür və həsrət çəkər.” 
Bildirişlər
1. Qiyaməti qəbul etməyən şəxs varlığını fani dünya həyatına dəyişmiş və ən böyük ziyana düşmüşdür.
2. Qiyamət qəfildən bərpa olar və kimsə onun vaxtından xəbər tutmaz. Ona görə də hər an hazır olmaq lazımdır.
3. Qiyamət günü həsrət günüdür.
4. İnsanın etiraf və həsrət çəkməsi onun əməldə azad olduğunu göstərir. İnsan yaxşı əməl edə bilərdi, amma etmədi.
5. Qiyamət həsrət və əfsus günüdür. Amma həmin günün təəssüfləri səmərəsizdir.
6. Günahlar qiyamət günü üzə çıxıb insana yük olar.
7. Qiyamətin təkzibi və ya unudulması qiyamət günü insan üçün bəlaya dönən günahların səbəbidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 31-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 31-ci ayəsi nə haqqındadır?
Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyac...
Əl-Ənam ‏ surəsi 31-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 31-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 31-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 31-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 31-ci ayənin təfsiri nədir?
"Sözsüz, (qiyamətdə) Allahla görüşü təkzib edənlər ziyankar oldular. Vəd olunmuş saat qəfildən soraqlarına gələn kimi, öz günahlarının ağır yükünü arxalarında çəkdikləri halda deyərlər: "Dünyada yol verdiyimiz nöqsanlara görə vay halımıza!” Agah olun ki, çiyinlərində çəkdikləri yük necə də pis yükdür.” Nöqtələr "Liqaullah” dedikdə qiyamətdəki mənəvi və batini görüş nəzərdə tutulur. Çünki qiyamətdə insanın bütün dünyəvi bağlılıqları qırılır. İnsan ilahi mükafat və cəza ilə üzbəüz dayanmaqla Allah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.