Əl-Ənam ‏ surəsi - Ayə: 30

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 30
Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 30. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 30 MÖHSÜN QƏRAƏTİ.

"Əgər görsən ki, onlar Rəblərinin hüzurunda saxlandıqları vaxt (Allah) buyurar: "Bu (qiyamət), haqq deyilmi?” Deyərlər: "Bəli, and olsun Rəbbimizə (ki, haqdır).” O buyurar: "Belədirsə, öz küfrlərinizin cəzası olaraq əzabı dadın.”
Nöqtələr
"Əgər görsən” təbiri 27 və 30-cu ayələrdə iki dəfə təkrarlanmışdır. Burada məqsəd qiyamət səhnəsini təsvir etmək və xalqın hidayəti üçün addım atmaqdır.
30-cu ayəyə əsasən, Allah günahkar bəndəsi ilə danışır. Amma bəzi ayələr bu danışığı inkar edir. Bu fərqi doğuran ya qiyamətin müxtəlif dayanacaqları və səhnələridir, ya da söhbətin ürəkaçan olmaması nəzərdə tutulur.
22-ci ayədə Allah kafirləri tövhid inancına qarşı çıxdıqları üçün məzəmmət edir. 27-ci ayədə isə nübüvvətin təkzibinə görə cəza vəd edilir. 30-cu ayədə qiyamətin inkarı önə çəkilir.
İslam insanlar üçün bir neçə növ həyat təsvir edir: dünya həyatı ; bərzəx həyatı ; mənəvi həyat, hidayət həyatı ; ictimai həyat ; (aram və qane qəlb sayəsində) pak həyat. 
Bildirişlər
1. Müşriklər darbaxışlı və maddiyyatçı fərdlərdir. Onlar həyatın yalnız dünya həyatından ibarət olduğunu düşünürlər və qiyaməti inkar edirlər. Müşriklər bütləri şəfaətçi seçərkən dünya şəfaətini nəzərdə tuturlar. 
2. Allah bütün inadkarlıqların cavabsız qalmayacağını bildirməklə peyğəmbərə təsəlli verir.
3. Günahkarlar zəlil əsirlər tək tutular və saxlanılarlar.
4. Qiyamətdə ilkin dərəcədə hakim və sorğuçu Allahdır.
5. Kafirlərin və müşriklərin qiyamətdəki etirafları səmərəsizdir.
6. Kafirlər qiyamətdə təkrar-təkrar and içərlər.
7. Qiyamət cəzaları dünyadakı küfr və inkarlara xatirdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.