Əl-Ənam ‏ surəsi · 150-cu ayə

De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 150
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Ey peyğəmbər! Mal-qara və əkinlərdən bəhrələnməyi boş yerə haram edən kəslərə) de ki, "Allah bunu haram edib” deyən şahidlərinizi gətirin. Əgər şahidlik etsələr, sən onlarla birlikdə şahid durma. Ayələrimizi təkzib edənlərin istəklərinə, axirətə iman gətirməyənlərə, Rəblərinə şərik qoşanlara tabe olma.”

Nöqtələr
İslam məntiq və azadlıq dinidir. Ötən iki ayədə Allah müşriklərdən soruşdu: "Elə bir şey bilirsinizmi ki, Biz onu bilməyək? Burada isə buyurulur: "Əgər sübutunuz varsa, gətirin.”
Bu ayədə əvvəlcə buyurulur: "Əgər dəlilləri varsa, gətirsinlər.” Sonra isə belə buyurulur: "Şəhadət versələr də, sən qəbul etmə.” (Çünki sadiqanə deyil.)
"İdl” sözündən olan "yədilunə”, yəni tay, oxşar mənasını bildirir. "Bi Rəbbihim yədilunə”, yəni "Allaha şərik, tay, oxşar qərar verirlər.”
Bildirişlər
1. İslam məntiq və dəlil dinidir. Bu din öz müxaliflərindən dəlil istəyir və onları məntiqli müqayisəyə çağırır.
2. Din təbliğatçılarının vəzifələrindən biri bidətlərə qarşı çıxmaqdır.
3. Hər dəlil və şəhadət etibarlı olmur.
4. Diqqətli olaq ki, ictimai şərait bizi çaşdırmasın.(Haqsız dəlillərin təsdiqi haramdır).
5. Bəşər qanunları kafirlərin həvəsindən doğursa, qəbuledilməzdir.
6. İmanlı insanlar müşriklərin sünnələrinə təqlid etməməlidirlər.
7. Müşriklər Allahı xaliq sayır, amma varlıq aləminin idarəçiliyində Ona şərik qoşurlar.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 150-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 150-cu ayəsi nə haqqındadır?
De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.
Əl-Ənam ‏ surəsi 150-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 150-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 150-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 150-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 150-cu ayənin təfsiri nədir?
"(Ey peyğəmbər! Mal-qara və əkinlərdən bəhrələnməyi boş yerə haram edən kəslərə) de ki, "Allah bunu haram edib” deyən şahidlərinizi gətirin. Əgər şahidlik etsələr, sən onlarla birlikdə şahid durma. Ayələrimizi təkzib edənlərin istəklərinə, axirətə iman gətirməyənlərə, Rəblərinə şərik qoşanlara tabe olma.” Nöqtələr İslam məntiq və azadlıq dinidir. Ötən iki ayədə Allah müşriklərdən soruşdu: "Elə bir şey bilirsinizmi ki, Biz onu bilməyək? Burada isə buyurulur: "Əgər sübutunuz varsa, gətirin.” Bu ay...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.