Əl-Ənam ‏ surəsi - Ayə: 131

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 131
Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 131. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 131 MÖHSÜN QƏRAƏTİ.

"Bu, (höccətin tamamlanması və xəbərdarlıq) onun üçündür ki, sənin Rəbbin heç vaxt zülm olaraq əhalisi qəflətdə olan abadlıqları məhv etmir. (Allah əvvəlcə xalqı qəflət və cəhalət girdabından çıxarır, peyğəmbərlərin vasitəsi ilə onlara xəbərdarlıq edir, sonra qəbul etməyənləri cəzalandırır).”
Nöqtələr
İlahi sünnəyə əsasən, doğru yol peyğəmbərlər vasitəsi ilə xalqa göstərilir. Həqiqətlər bəyan olunur, höccət və dəlillər tamamlanır. Bu halda etinasızlıq baş versə, cəza nazil olur. Bu qanun və sünnə Quranın müxtəlif ayələrində bəyan olunmuşdur. 
Bildirişlər
1. Günahkarı cəzalandırmaq Allahın rübubiyyət şənidir.
2. Xəbərdarlıq etmədən cəzalandırmaq zülm və qəbahətdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.