Əl-Ənam ‏ surəsi - Ayə: 130

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 130
(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 130. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 130 MÖHSÜN QƏRAƏTİ.

"(Qiyamətdə onlara deyilər:) «Ey cin və ins (insan) qövmü! Ayələrimizi sizə oxumaq və sizi bu günkü görüşlə qorxutmaq üçün özünüzdən olan peyğəmbərlər göndərmədikmi?» Deyərlər: "Biz özümüzə qarşı şəhadət veririk.” Dünya həyatı onları aldatdı və özlərinə şahid durdular ki, kafir olmuşlar.”
Nöqtələr
Quran ayələrindən məlum olur ki, həzrət Məhəmməd (s) həm də cinlər üçün göndərilmişdi. Onlar da Quranı anlayır və bəziləri iman gətirirdilər.  Bəzi təfsirçilərin nəzərincə (Alusi, Qurtubi, Təbərsi, Seyyid Qütb), cinlərin peyğəmbərləri vəhyi insanların peyğəmbərləri vasitəsi ilə əldə edirdilər. Çünki «rəsul» sözü insandan qeyrisinə də deyilə bilər. 
Bu ayədə kafirlərin iki etirafı bəyan olunur. Bunlardan biri peyğəmbərlərin gəlişinin etirafı, ikincisi onların öz küfrlərinin etirafıdır.
Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi məqamlarda kafirlər öz küfrlərini inkar edir, bəzi məqamlarda isə qiyamətin qaçılmaz olduğunu anlayıb günahlarını etiraf edirlər.
Bildirişlər
1. Cin və ins (insan) hər ikisi peyğəmbərlərin dəvətini qəbul etməyə vəzifəlidirlər. Peyğəmbərlər hər iki nəsil üçün gəlmişlər.
2. Qorxutma ən güclü tərbiyə vasitəsi və peyğəmbərlərin mühüm vəzifəsidir.
3. Fərd və cəmiyyətin islahı üçün ilahi hökmlərin icrasında ən güclü amil məada imandır.
4. Qiyamət ört-basdır etmə və ya inkar yeri deyil. Ona görə də insanlar orada öz əleyhlərinə şəhadət verirlər.
5. Dünyapərəstlik peyğəmbərlərin dəvətinə diqqətsizlik, etinasızlıq amilidir. (Dünyaya aldanmaq axirətin yaddan çıxmasına səbəb olur.)
6. Dünyaya ifrat surətdə bağlılıq insanı küfrə çəkir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.