Əl-Ənam ‏ surəsi · 136-cı ayə

(Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 136
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: "Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!”
Nöqtələr
Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər. Bir dəfə oğlanları öz payları, qızları Allahın payı sayırlar. Bəzən də məhsul və mal-qaranı Allahla bütlər arasında bölürlər. Müşriklər elə düşünürlər ki, bütlərin payı toxunulmazdır. Bu payı bütxana və onun xidmətinə xərcləyirdilər. Allahın payını isə «Allah ehtiyacsızdır» deyə bütxanaya xərcləməkdən çəkinmirdilər. Onlar bu payı körpələrə, yoxsullara və qonaqlara xərcləmək barədə düşünmürdülər.
Bildirişlər
1. Əkinçilik və heyvandarlıqda insanın rolu olsa da, amma bu işə bərəkət verən əsil xaliq Allahdır. 
2. Zəkat qanunu, qazancın bölünməsi xurafat şəklində olsa da, qədim dinlərdə də nəzərdə tutulmuşdur.
3. Müşriklər bütləri Allahın şəriki bilsələr də, Allahın xüsusi bir mövqeyə, izzətə, var-dövlətə malik olduğunu bildirirdilər. Onlar itkilərini Allahın payından çıxır və deyirdilər: "O, ehtiyacsızdır.”
4. Peyğəmbərlərin risaləti xurafatla mübarizədən ibarətdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 136-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 136-cı ayəsi nə haqqındadır?
(Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.
Əl-Ənam ‏ surəsi 136-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 136-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 136-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 136-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 136-cı ayənin təfsiri nədir?
"(Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: "Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!” Nöqtələr Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.