Əl-Ənam ‏ surəsi · 123-cü ayə

Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Biz, beləcə, hər bir diyarda böyük günahkarları təyin etdik ki, həmin kənd və məntəqələrdə (fitnə-fəsad,) hiylə edələr. Və özlərindən başqasını aldatmazlar. Amma anlamırlar (ki, hiylənin nəticəsi özlərinə qayıdar).”
Nöqtələr
Ötən ayənin nazil olma şənində Əbu-Cəhlin İslam peyğəmbəri ilə qarşıdurmasına işarə olundu. Bu ayədə buyurulur: «Əbu-cəhllərin varlığı təzə bir şey deyil. Həmişə və hər yerdə haqqa dəvət qarşısında belə günahkarlar dayanmışlar.»
Bildirişlər
1. Düşmənlərin məkr və hiylələrinə cavab vermək ilahi sünnədir.
2. Yaxşı və pislərin səyləri hamısı ilahi qüdrət dairəsindədir. (Həm günahkarlar haqqında olan bu ayədə, həm də möminlərdən danışan ötən ayədə "cəəlna” kəlməsi işlədilmişdir.)
3. Fitnə-fəsadçı rəhbərlər cəmiyyətdəki fitnə-fəsadın köküdür.
4. Məkr və hiylə günahkar rəhbərlərin üsuludur.
5. Səfa və sədaqətin əldən verilməsi, ilahi əzaba düçar olma hiyləgərlərin özlərinə vurduqları ən böyük zərbələrdir.
6. Xəstəlikdən də pisi xəstəlikdən xəbərsizlikdir. Hiylədən də pisi hiylənin nəticəsinin özünə qayıtmasını bilməməkdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 123-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 123-cü ayəsi nə haqqındadır?
Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (...
Əl-Ənam ‏ surəsi 123-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 123-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 123-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 123-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 123-cü ayənin təfsiri nədir?
"Biz, beləcə, hər bir diyarda böyük günahkarları təyin etdik ki, həmin kənd və məntəqələrdə (fitnə-fəsad,) hiylə edələr. Və özlərindən başqasını aldatmazlar. Amma anlamırlar (ki, hiylənin nəticəsi özlərinə qayıdar).” Nöqtələr Ötən ayənin nazil olma şənində Əbu-Cəhlin İslam peyğəmbəri ilə qarşıdurmasına işarə olundu. Bu ayədə buyurulur: «Əbu-cəhllərin varlığı təzə bir şey deyil. Həmişə və hər yerdə haqqa dəvət qarşısında belə günahkarlar dayanmışlar.» Bildirişlər 1. Düşmənlərin məkr və hiylələrin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.