Əl-Ənam ‏ surəsi · 122-ci ayə

Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 122
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Cəhl və şirk vasitəsi ilə) öldüyü halda öz hidayətimizlə həyat bəxş etdiyimiz, xalq arasında yolunu tapa bilməsi üçün bir nur qərar verdiyimiz kəs, (cəhl və şirk) zülmətlərində qərar tutub qurtula bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlər üçün etdikləri işlər zinətləndirilmişdir.”
Nöqtələr
Bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. Həmzə Əbu-Cəhlin həzrət Peyğəmbərə (s) və onun əqidəsinə vurduğu zərbələrdən xəbər tutub peyğəmbəri himayə etdi. O, Əbu-Cəhli tapıb onun başına bir zərbə endirdi. Həmzə dedi: "Mən bu gündən Məhəmmədə (s) iman gətirirəm.” Həmin vaxtdan şəhadət gününədək Həmzə İslam üçün rəşadətli və imanlı bir sərkərdə oldu.
Quranda həm nütfə mərhələsindən əvvəlki mərhələ, həm də azğınlıq "ölüm” adlandırılmışdır.  Eləcə də, otsuz-ələfsiz torpaq, həm müvəqqəti, həm də həqiqi ölüm "ölüm” kimi zikr edilmişdir. 
İmam Baqir (ə) buyurmuşdur: "Xalq arasında yolu quyudan ayırd edib göstərən nur imam və səmavi rəhbərdir.” 
Bildirişlər
1. İnsanın həqiqi həyatı iman, həqiqi ölümü isə küfrdür.
2. Hidayət Allahın işidir. Amma hidayət üçün zəminəni insanın özü yaradır.
3. Misal, sual-cavab və müqayisədən istifadə təbliğ və tərbiyədə təsirli üsuldur.
4. Mömin üçün çıxılmaz vəziyyət yoxdur. Onun cəmiyyətdə həm baxışı, həm də hərəkəti var.
5. Nur olmayan yerdə zülmətlər insanı bürüyür.
6. Haqq bir, batil isə çoxdur. ("Nur” sözü tək, "zülmət” sözü cəm halda işlədilmişdir.)
7. İman və ilahi hidayət nurundan savay bəşər üçün başqa bir qurtuluş yoxdur.
8. İnsanın öz əməllərini gözəl bilməsi onun təkamülünə və zülmətdən çıxmasına mane olur.
9. İmansız insanın əməlləri onun baxışına və təfəkkürünə təsir göstərir.
10. Kafirlərin cazibəli ixtiraları (əsrin texnoloji tərəqqisi) insanları o qədər aludə etmişdir ki, öz süqutlarını dərk edə bilmirlər.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 122-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 122-ci ayəsi nə haqqındadır?
Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətl...
Əl-Ənam ‏ surəsi 122-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 122-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 122-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 122-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 122-ci ayənin təfsiri nədir?
"(Cəhl və şirk vasitəsi ilə) öldüyü halda öz hidayətimizlə həyat bəxş etdiyimiz, xalq arasında yolunu tapa bilməsi üçün bir nur qərar verdiyimiz kəs, (cəhl və şirk) zülmətlərində qərar tutub qurtula bilməyən kəs kimi ola bilərmi? Beləcə, kafirlər üçün etdikləri işlər zinətləndirilmişdir.” Nöqtələr Bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. Həmzə Əbu-Cəhlin həzrət Peyğəmbərə (s) və onun əqidəsinə vurduğu zərbələrdən xəbər tutub peyğəmbəri himayə etdi. O, Əbu-Cə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.