Əl-Ənam ‏ surəsi - Ayə: 123

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 123
Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 123. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 123 MÖHSÜN QƏRAƏTİ.

"Biz, beləcə, hər bir diyarda böyük günahkarları təyin etdik ki, həmin kənd və məntəqələrdə (fitnə-fəsad,) hiylə edələr. Və özlərindən başqasını aldatmazlar. Amma anlamırlar (ki, hiylənin nəticəsi özlərinə qayıdar).”
Nöqtələr
Ötən ayənin nazil olma şənində Əbu-Cəhlin İslam peyğəmbəri ilə qarşıdurmasına işarə olundu. Bu ayədə buyurulur: «Əbu-cəhllərin varlığı təzə bir şey deyil. Həmişə və hər yerdə haqqa dəvət qarşısında belə günahkarlar dayanmışlar.»
Bildirişlər
1. Düşmənlərin məkr və hiylələrinə cavab vermək ilahi sünnədir.
2. Yaxşı və pislərin səyləri hamısı ilahi qüdrət dairəsindədir. (Həm günahkarlar haqqında olan bu ayədə, həm də möminlərdən danışan ötən ayədə "cəəlna” kəlməsi işlədilmişdir.)
3. Fitnə-fəsadçı rəhbərlər cəmiyyətdəki fitnə-fəsadın köküdür.
4. Məkr və hiylə günahkar rəhbərlərin üsuludur.
5. Səfa və sədaqətin əldən verilməsi, ilahi əzaba düçar olma hiyləgərlərin özlərinə vurduqları ən böyük zərbələrdir.
6. Xəstəlikdən də pisi xəstəlikdən xəbərsizlikdir. Hiylədən də pisi hiylənin nəticəsinin özünə qayıtmasını bilməməkdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.