Əl-Ənam ‏ surəsi · 120-cu ayə

Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Aşkar və gizli günahı tərk edin. Həqiqətən, günaha batanlar tezliklə gördükləri işlərin cəzasını alacaqlar.”
Nöqtələr
İstər keçmişdə, istərsə də indi insanlar yalnız aşkar günahlarından qorxurlar.
Bəziləri deyirlər ki, «gizli günah» dedikdə təsirləri gizli qalan günahlar nəzərdə tutulur. Məsələn, insanın qəlbini daşlaşdıran haram qidalar kimi.
Bildirişlər
1. Günahda cazibədarlıq var. Qəti iradə ilə onun cazibəsindən çıxmaq lazımdır.
2. İslam həm zahiri, həm də batini paklığa diqqət yetirir. Həm əmələ aid günahlardan, həm də sui-zənn kimi qəlb günahlarından çəkinmək lazımdır.
3. İlahi cəza bilərəkdən baş vermiş günahlara aiddir.
4. Şeytan vəsvəsə, təlqin etsə də, insan öz iradəsi ilə addım atır.
5. Qiyamət və axirət cəzası uzaqda deyil.
6. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 120-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 120-cu ayəsi nə haqqındadır?
Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
Əl-Ənam ‏ surəsi 120-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 120-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 120-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 120-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 120-cu ayənin təfsiri nədir?
"Aşkar və gizli günahı tərk edin. Həqiqətən, günaha batanlar tezliklə gördükləri işlərin cəzasını alacaqlar.” Nöqtələr İstər keçmişdə, istərsə də indi insanlar yalnız aşkar günahlarından qorxurlar. Bəziləri deyirlər ki, «gizli günah» dedikdə təsirləri gizli qalan günahlar nəzərdə tutulur. Məsələn, insanın qəlbini daşlaşdıran haram qidalar kimi. Bildirişlər 1. Günahda cazibədarlıq var. Qəti iradə ilə onun cazibəsindən çıxmaq lazımdır. 2. İslam həm zahiri, həm də batini paklığa diqqət yetirir. Həm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.