Əl-Ənam ‏ surəsi - Ayə: 119

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 119
Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 119. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 119 MÖHSÜN QƏRAƏTİ.

"Sizə nə olub ki, üzərində Allah adı çəkilmiş şeydən yemirsiniz? (Səbəbsiz yerə Bizim halalımızı özünüzə haram edirsiniz.) Hansı ki, Allah sizə haram etdiyini Özü müfəssəl şəkildə bəyan etmişdir. Yalnız yeməyə məcbur olduğunuz şeylər istisnadır. Həqiqətən, xalqın çoxu başqalarını öz cahil istəklərinə xatir azdırırlar. Şübhəsiz, sənin Rəbbin təcavüzkarlardan daha agahdır.”
Nöqtələr
Bir dəstə insan ortaya şübhə atmaq və zibh olmuş heyvanı ölmüş heyvanla müqayisə etməklə xalqı azdırır və deyirdilər: "Nə üçün bizim öldürdüyümüz heyvan halal, Allahın öldürdüyü heyvan isə haramdır?” Ayə həmin adamlara cavab verərək məsələni xalqa aydınlaşdırır.
Bildirişlər
1. Heç bir səbəb olmadan Allahın halal etdiyini özünə haram edənlər qınanmalıdır. (Bəlkə də bəzi müsəlmanlar cahil ənənələrin təsiri altında halal nemətləri özlərinə haram etmişlər.)
2. Heyvan əti ilahi rəng şərti ilə halal, əks təqdirdə haram olur.
3. Səmavi İslam məktəbində bütün haramlar bəyan olunmuşdur. Bu müfəssəl bəyan "Nəhl” surəsinin 115-ci ayəsinə işarədir; 
4. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Haramları isə Allah bəyan etmişdir.
5. İslam hökmlərində çıxılmaz vəziyyət yoxdur.
6. Çıxılmaz vəziyyət vəzifəni aradan götürür.
7. İlahi vəzifələr zaman, məkan və insanın gücünə münasib olur.
8. Yalnız çıxılmaz vəziyyətlərdə (yaşamaq üçün zəruri həddə) haramlardan yemək olar.
9. Halal və haramın təyini ilahi göstərişlərə əsaslanır.
10. Cəhalət və həvəsbazlıq azğınlıq amillərindəndir.
11. Xalqı azdırmaq cəmiyyətin haqlarına təcavüzdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.