Əl-Ənam ‏ surəsi · 108-ci ayə

Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəblərinə doğrudur. Allah onlara etdiklərini xəbər verər.”
Nöqtələr
Allah insanı elə yaratmışdır ki, istər yaxşı, istərsə də pis işlər yavaş-yavaş onun ruhunda özünə yer edib adətə çevrilir. Ona görə də bəzən işlərin zinətləndirilməsi Allaha aid edilmişdi. Bəzən də şeytan öz vəsvəsələri yolu ilə çirkin işləri gözəl göstərir. 
Həzrət Əli (ə) Siffeyn döyüşündə öz döyüşçülərinə tövsiyə verirdi ki, Müaviyənin ardıcıllarını söyməsinlər, onların simasını açıqlasınlar və bu, söyüşdən də pisdir. 
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: Allahın imamlarının təhqiri Allahı təhqir nümunələrindəndir. 
Lənət, nifrin və bəraət (üz döndərmə) söyüş və təhqir sayılmır. Lənət və bəraət Quranın bəzi ayələrində Allah tərəfindən elan olunmuşdur. Lənət və bəraət əslində zalımlar və müşriklər qarşısında müsəlmanların mövqeyini bildirir. 
Bildirişlər
1. Müxaliflərə münasibətdə öz hisslərimizi cilovlayaq, nalayiq və yaramaz sözlərdən çəkinək.
2. Öz rəftarlarımızın əks-sədasına diqqətli olaq.
3. Söyüş və təhqirlə xalqı yanlış yoldan çəkindirmək olmaz.
4. Təhqir və söyüş düşmənçilik, kin-küdurət və təhqir doğurur.
5. Təhqir və söyüşün səbəbi ya məntiqsizlik, ya ədəbsizlik, ya da səbirsizlikdir. (Müsəlman təhqirdən çəkinməklə sübut etməlidir ki, o, səbir, məntiq və ədəb sahibidir.)
6. Müqəddəsliklərin təhqirinə səbəb olan hər bir iş haramdır.
7. Nəhy əz münkər, təbliğat və mübahisədə təhqir və söyüşdən istifadə etmək qadağandır.
8. Başqalarını günaha sövq edən iş haramdır. 
9. Bəzən insan bilmədən başqalarının günahına şərik olur. Başqalarının günah və haram iş görməsinə şərait yaratmaq belə hallardandır.
10. Ümmətin əməllərini gözəl cilvələndirmək ilahi sünnələrdəndir. (Hər bir ümmət haqsız da olsa, öz əməllərini gözəl bilir.)
11. Nümayiş və bir şeyi gözəl saymaq həqiqət nişanəsi deyil.
12. İnsanları qiyamətdə əməlləri ilə bağlı görəcəklərindən xəbərdar etmək ilahi rübubiyyət şənindəndir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 108-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 108-ci ayəsi nə haqqındadır?
Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
Əl-Ənam ‏ surəsi 108-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 108-ci ayənin təfsiri nədir?
"Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəblərinə doğrudur. Allah onlara etdiklərini xəbər verər.” Nöqtələr Allah insanı elə yaratmışdır ki, istər yaxşı, istərsə də pis işlər yavaş-yavaş onun ruhunda özünə yer edib adətə çevrilir. Ona görə də bəzən işlərin zinətləndirilməsi Allaha aid edilmişdi. Bəzən də şeytan öz vəsvəsələri yolu ilə çirkin işl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.