Əl-Ənam ‏ surəsi - Ayə: 107

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 107
Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 107. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 107 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allah istəyərdisə (hamı məcburi iman gətirərdi və) şirkə uğramazdı. (Amma ilahi sünnə, qanun belə deyildir.) Biz səni onlara nəzarətçi qərar vermədik və sən onlara (onların iman gətirməsinə) vəkil deyilsən.”
Nöqtələr
Allahın istək və iradəsi iki növdür: təşrii və təkvini. Allah təşrii (şəri) baxımdan bütün insanların hidayətini istəmişdir. Ona görə də peyğəmbər və səmavi kitablar göndərmişdir. Amma təkvini (təbii) baxımdan xalq öz iradəsi əsasında seçim aparmalı, dinin qəbuluna məcbur edilməməlidir.
Bildirişlər
1. Allahın istək və iradəsində dönüklük yoxdur.
2. Allahın iradəsi insanları azad buraxmaqdır. Müşriklərin varlığı bu iradə azadlığının göstəricisidir.
3. İlahi peyğəmbərlər xalqa ilahi göstərişləri zorla qəbul etdirən məmurlar yox, mürəbbi və müəllimlərdirlər.
4. Peyğəmbər müşriklərin bəlaya düşməsi və ya fayda əldə etməsi üçün məsuliyyət daşımır.
5. Peyğəmbərlər nəticə yox, vəzifələrini yerinə yetirməyə zamindirlər. Bütün səylərə baxmayaraq bir çoxları müşrik qaldı.
6. Peyğəmbərlər xalqın hidayəti üçün can yandırırdılar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.