Əl-Bəqərə surəsi · 68-ci ayə

Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bəni-İsrail Musaya) dedilər: "Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: "Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin.”
Nöqtələr
Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.("Maidə”, 101. ) Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.
Bildirişlər
1. Sualı ədəblə verin. Ayədə "ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, "Rəbbimiz” əvəzində "Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.
2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 68-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 68-ci ayəsi nə haqqındadır?
Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»
Əl-Bəqərə surəsi 68-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 68-ci ayənin təfsiri nədir?
"(Bəni-İsrail Musaya) dedilər: "Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: "Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin.” Nöqtələr Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.("Maidə”, 101. ) Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.