Əl-Bəqərə surəsi · 279-cu ayə

Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 279
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər belə etməsəniz, (bilin ki,) Allah və Onun rəsuluna savaş elan etmisiniz. Əgər tövbə qılsanız, sərmayəniz özünüzündür. (Bu halda) nə zülm edirsiniz, nə də sizə zülm olunur.”
Nöqtələr
İslamda nə sələmə, nə istismara icazə verilir, nə də xalqın malı birtərəfli müsadirə olunur. Bəzi quruluşlarda mülkiyyət hüququ ləğv olunur və bütün var-dövlət sahibindən alınır. Bəzi quruluşlarda isə istismar, sələm istənilən bir şəkildə azaddır.
Bildirişlər
1. Sələmçi Allahla savaşdadır. Sələmçi bilməlidir ki, bu savaşda "Cəbbar” Allahla üzbəüz dayanmışdır.
2. Sələmçilik kəbirə günahdır. Çünki bu əməl Allahla savaşın elanıdır.
3. Sələmçi elə düşünməsin ki, məhrum xalqın tərəfdarıdır. Əslində məhrumların himayəsinə qalxan Allahdır. Allah onların haqqını müdafiə edir.
4. Sələmçi Allahla savaşa qalxdığından İslam hökumətinin vəzifəsi sələmçiliklə mübarizə aparmaqdır.
5. Allahla savaşa qalxanlar üçün də tövbə yolu açıqdır.
6. Sələmçi öz sərmayəsinin sahibidir, əldə etdiyi qazancın yox!
7. Məhrumların qurtuluşu üçün xalqın mülkiyyət haqqını ayaq altına almayın. İslam iqtisadiyyatında xüsusi mülkiyyət qəbul olunmuşdur.
8. Həm zor hakimiyyət, həm də həmin hakimiyyətin qəbulu məhkum edilmişdir. Nə zülmə təslim olun, nə də başqalarına zülmü rəva görün.
9. İntiqam qadağandır. Tövbə etmiş sələmçiyə zülm etmək olmaz.
10. Tövbə edənlərə əvvəlki xilaf işlərinə görə zülm etmək olmaz. Nə vaxtsa xilaf iş görənləri məzəmmət etmək qadağandır.
11. İqtisadi ədalətin bərpası İslam hökumətinin vəzifələrindəndir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 279-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 279-cu ayəsi nə haqqındadır?
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız f...
Əl-Bəqərə surəsi 279-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 279-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 279-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 279-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 279-cu ayənin təfsiri nədir?
"Əgər belə etməsəniz, (bilin ki,) Allah və Onun rəsuluna savaş elan etmisiniz. Əgər tövbə qılsanız, sərmayəniz özünüzündür. (Bu halda) nə zülm edirsiniz, nə də sizə zülm olunur.” Nöqtələr İslamda nə sələmə, nə istismara icazə verilir, nə də xalqın malı birtərəfli müsadirə olunur. Bəzi quruluşlarda mülkiyyət hüququ ləğv olunur və bütün var-dövlət sahibindən alınır. Bəzi quruluşlarda isə istismar, sələm istənilən bir şəkildə azaddır. Bildirişlər 1. Sələmçi Allahla savaşdadır. Sələmçi bilməlidir ki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.