Əl-Bəqərə surəsi - Ayə: 278

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 278
Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 278. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 278 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!”
Nöqtələr
Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir.
"Məcməul-bəyan”, "Əl-Mizan”, "Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmdən alacağı olan xalq Peyğəmbərdən (s) vəzifələrini soruşdular. Yuxarıda zikr olunan ayə nazil edildi. Ayə nazil olduqdan sonra Həzrət buyurdu: "Əmim Abbasın da sələm borcu tələb etmək haqqı yoxdur. Hamıdan qabaq mənim yaxınlarım sələmdən əl çəkməlidir.” Bir xütbədə isə Həzrət belə buyurur: "Cahiliyyət dövründə müəyyən olunmuş bütün sələmləri ayaq altına atıram. Abbas üçün olan sələmləri isə hamınınkından çox!”("Kənzul-dəqaiq”, c. 2, s. 465. )
Bildirişlər
1. Sələmçilik cahiliyyət dövrünün adətlərindəndir. İlkin İslam dövründəki müsəlmanlar da bu işə qatılmışdılar.
2. Təqva imandan üstün bir mərhələdir.
3. Sələmçi əldə etdiyinin sahibi olmur. İslam sələmdən gələn faydanı rəsmi şəkildə tanımamışdır.
4. Haram maldan əl çəkmək iman və təqvanın şərtidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.