Əl-Bəqərə surəsi · 212-cü ayə

Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 212
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki möminlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.”
Nöqtələr
Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və möminləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də möminlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar.
Bildirişlər
1. Küfr insanın gözündə dünyanı cilvələndirir. Bəli, dünya o kəslər üçün cilvələnir ki, qiyamətin sonsuz lütf və nemətlərinə etiqadsızdırlar. Möminin nəzərində isə behişt dünya ilə müqayisəyə gəlməz!
2. Dünyapərəstlik başqalarının təhqirinə və onlara istehza edilməsinə səbəb olur.
3. Yoxsulların məsxərəyə qoyulması dünya əhlinin daimi səciyyəsidir. (Felin gələcək zaman forması davam nişanəsidir.)
4. Qiyamətdə üstünlük o möminlərə məxsusdur ki, kafirlərin zəhərli sözləri onların təqvasını sındıra bilməmişdir.
5. Hesabsız ruzi ilahi ruhun nişanəsidir. Bu o demək deyil ki, Allah hesab çəkmir və ya bölgünü hikmətlə aparmır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 212-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 212-cü ayəsi nə haqqındadır?
Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.
Əl-Bəqərə surəsi 212-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 212-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 212-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 212-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 212-cü ayənin təfsiri nədir?
"Dünya həyatı kafirlərin gözündə cilvələnmişdir. Ona görə imanlıları məsxərəyə qoyurlar. Halbuki möminlər və təqvalılar qiyamət günü onlardan üstündürlər. Allah istədiyi kəsə saysız ruzi mərhəmət edir.” Nöqtələr Bu ayə həm kafirlərə xəbərdarlıq edir ki, dünya bərbəzəyinə uymasınlar və möminləri məsxərəyə qoymasınlar. (Çünki səhnələrin dəyişəcəyi qiyamət var), həm də möminlərə təsəlli verir ki, kafirlərin məsxərəsindən peşman olmasınlar və gələcəyə ümid bağlasınlar. Bildirişlər 1. Küfr insanın gö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.