Əl-Bəqərə surəsi - Ayə: 211

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 211
İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi nemət və rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 211. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 211 MÖHSÜN QƏRAƏTİ.

"Bəni-İsraildən soruş: Aşkar dəlillərdən onlara necə də çox verdik. Hər kəs onun sorağına gəldikdən sonra Allahın (hidayət) nemətini dəyişsə, (bilsin ki,) həqiqətən, Allahın əzabı şiddətlidir.”
Nöqtələr
Rəvayətlərin bildirdiyinə görə, müxtəlif hadisələrlə müşayiət olunan ən yaxın tarixi hadisələrdən biri Bəni-İsrailin tarixçəsidir. Allah onlara Musa kimi rəhbər, möcüzələr və Öz lütflərini mərhəmət buyurdu. Allah onları Fironun əsarətindən qurtardı. Onların həyatının idarəsi üçün səmavi qanunlar göndərdi. Maddi baxımdan da rifahlı həyatla təmin olundular. Amma onların küfrü, nemətlərin dəyişməsi elə bir həddə çatdı ki, Harunu qoyub Samiriyə tabe oldular. Onlar Allaha pərəstiş etmək əvəzinə Samirinin buzovuna pərəstiş etməyə başladılar. Nəhayət, Allah onların haqqında qəti hökmünü verdi.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 209. ) Belə rəftarları səbəbindən Allahın qəzəbinə düçar oldular("Təfsiri-Kaşif”, c. 1, s. 3109. )
Allahın sabit qanunlarından biri budur ki, istər müsəlman, istər qeyri müsəlman bir millət Allahın nemətlərini dəyişsələr, Onun qəzəbinə düçar olmalıdırlar. Necə ki, bu günkü dünyamızda elmi tərəqqidən mənfi yönümdə istifadə olunduğu üçün dünya oda çəkilmişdir.
Bildirişlər
1. Tarixi araşdırma və ibrət götürmək zəruridir.
2. Nemətlər məsuliyyət gətirir, tənbəllik isə cəza!
Müəllif: MÖHSÜN QƏRAƏTİ.