Əl-Bəqərə surəsi · 195-ci ayə

(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 195
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.”
Nöqtələr
Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır.
İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil.
Bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.
Quran digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və peyğəmbərə buyrulmuşdur: "Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən.”("Təfsiri-Nurus-Səqəleyn”, c. 3, s. 183. ) İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız.”("Kafi”, c. 4, s. 207. )
İnsan sevilmək istəyindədir. Quran insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."
Bildirişlər
1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.
2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.
3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.
4. Allahın sevimlisi olmaq ehsan üçün ən üstün təşviqdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 195-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 195-ci ayəsi nə haqqındadır?
(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.
Əl-Bəqərə surəsi 195-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 195-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 195-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 195-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 195-ci ayənin təfsiri nədir?
"Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.” Nöqtələr Beş ayədə ardıcıl olaraq müsəlmanlar dinin müdafiəsi və kafirlərlə mübarizəyə çağırılır. Bu ayə həmin ardıcıllığı infaq və ehsan göstərişləri ilə tamamlayır. İntihar və insanın özünə zərər vurması qəti şəkildə haramdır. Deyilənləri bu ayə təsdiqləyir. Amma İslam təhlükəyə düşdükdə şəhadət ardınca getmək özünü təhlükəyə atmaq deyil. Bu ayə infaq tövsiyəsi ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.