Əl-Bəqərə surəsi - Ayə: 194

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 194
Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 194. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 194 MÖHSÜN QƏRAƏTİ.

"Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlar kimi hərəkət etmək haqqına maliksiniz. Çünki) hörmətlər üçün də qisas var. Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin. Allahdan çəkinin. (Həddi aşmayın) və bilin ki, Allah pəhrizkarlarladır.”
Nöqtələr
İslamdan qabaq ərəblər arasında dörd ayın xüsusi hörməti vardı. Bu aylarda savaş haram və qadağan idi. Bu aylardan üçü ardıcıl gələn zil-qədə, zil-hiccə və məhərrəm ayları idi. Digər bir ay isə rəcəb ayı idi. Hətta zil-qədə ayının belə adlandırılmasının bir səbəbi kimi bu ayda savaşmayıb, oturmağın zəruri olduğu bildirilir.
İslam bu ənənəni qəbul etdi və ildə dörd aylıq atəşkəs elan etdi. Amma düşmən daim fürsətlərdən sui-istifadə etmək üçün pusqudadır. Onlar belə düşünə bilərdilər ki, müsəlmanlar bu ayları atəşkəs ayı saydıqlarından onlara hücum etmək münasib olsun. Ayədə buyuruldu: "Əgər müxaliflər bu dörd ayda hücum etsələr, siz də onlarla baş-başa gəlin, həmin aylarda onlarla savaşın. Haram ay qarşısında haram ay qərar verin. Çünki müsəlmanların qanının və İslam nizamının qorunmasının hörməti bu ayların hörmətindən çoxdur. Bu hörməti sındıranların hər birindən qisas alınmalıdır. Sonra külli bir qanun olaraq buyurulur: Hər kəs sizə təcavüz etdi, həmin miqdarda ona cavab verin. Təqvalı olmaq, qisasda həddi aşmamaq tapşırılır. Bilin ki, Allah təqvalılarladır.
"Məcməul-bəyan”ın müəllifi bu ayə ilə bağlı deyir: "Bu ayəyə əsaslanaraq qəsb haqqında da nəticə çıxarmaq olar. Yəni qəsbkarın malından haqqı götürmək olar.”
Bildirişlər
1. Bütün zaman kəsikləri eyni hörmətə malik deyil. Bəzi ayların hörməti xüsusi saxlanılmalıdır.
2. İslamda çıxılmaz vəziyyət yoxdur. İslamın və müsəlmanların qorunması məkan və zamanların hörmətindən öndə gəlir.
3. İslam təcavüz və əziyyət dini deyil. Amma başqalarının əziyyət və təcavüzünü qəbul etmir.
4. Hətta düşmənlərlə də ədalətli rəftar edək.
5. Qanunçuluq sistemi elə tənzimlənməlidir ki, müsəlmanlarda ümidsizlik, kafirlərdə cürət yaratmasın. "Müqabilə be misl”, yəni qarşı tərəfə eyni tərzdə cavab vermək belə bir əsasa malikdir.
6. Hətta savaş zamanı da təqvaya riayət İslamın tərbiyə üsullarındandır.
7. Əgər savaşda ədalət dairəsindən çıxmasaq, ilahi yardımlardan da faydalanacağıq. Elə düşünməyin ki, ədalət və təqva sizin qələbənizi təxirə salar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.