Əl-Bəqərə surəsi · 193-cü ayə

Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 193
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Fitnə (bütpərəstlik, əsarət) aradan qalxanadək onlarla savaşın və din yalnız Allahın olsun. Əgər (öz əyri işlərindən) əl çəksələr, (onlara əziyyət verməyin, çünki) əziyyət yalnız sitəmkarlara rəvadır.”
Nöqtələr
Müharibə aparmaqda İslamın məqsədi ölkələri əsarətə almaq, qənimət ələ keçirmək və ya əvəz çıxmaq deyil. İslamda savaş və cihadın məqsədi şirk və küfr büsatının dağıdılmasıdır. Fitnə sözü şirk, küfür, sınaq, işkəncə mənalarında işlədilmişdir. Bu ayədə oxuyuruq: "Əgər müşriklər fitnədən, qətldən əl çəksələr, onlarla düşmənçilik və savaş olmayacaq... Çünki yalnız sitəmkarlar və təcavüzkarlarla hərbi dildə danışılmalıdır.
"Udvan” təbiri düşmənlərə xatir işlədilmişdir. Yoxsa İslam əhli əziyyət əhli deyil. Məsələn, deyilir ki, pisliyin cavabı pislikdir. Pisliyə pisliklə cavab verilməsi ədalət olsa da, düşmənin əməlinə xatir bu əməl də pis adlandırılmışdır.
Bildirişlər
1. İslamın savaşda məqsədi şirkin, fitnənin aradan qaldırılması, din və ilahi qanunların möhkəmlənməsidir.
2. Yenidənqurmadan qabaq paklama gəlir. Əvvəlcə fitnə aradan qaldırılmalı, sonra ilahi din ortaya qoyulmalıdır. Əvvəl tağutun inkarı, sonra isə Allaha iman!
3. Geri qayıdış və tövbə yolu kimsə üçün və heç bir şəraitdə bağlı deyil. Hətta ən qatı düşmən də yolunu dəyişsə, Allah onu bağışlayar.
4. Əvvəlki ayədə kafirlərin günahlarının bağışlanması haqqında danışıldı. Bu ayədə isə xalqa tapşırılır ki, düşmən savaşdan əl çəkdiyi vaxt siz də savaşdan əl çəkin.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 193-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 193-cü ayəsi nə haqqındadır?
Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.
Əl-Bəqərə surəsi 193-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 193-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 193-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 193-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 193-cü ayənin təfsiri nədir?
"Fitnə (bütpərəstlik, əsarət) aradan qalxanadək onlarla savaşın və din yalnız Allahın olsun. Əgər (öz əyri işlərindən) əl çəksələr, (onlara əziyyət verməyin, çünki) əziyyət yalnız sitəmkarlara rəvadır.” Nöqtələr Müharibə aparmaqda İslamın məqsədi ölkələri əsarətə almaq, qənimət ələ keçirmək və ya əvəz çıxmaq deyil. İslamda savaş və cihadın məqsədi şirk və küfr büsatının dağıdılmasıdır. Fitnə sözü şirk, küfür, sınaq, işkəncə mənalarında işlədilmişdir. Bu ayədə oxuyuruq: "Əgər müşriklər fitnədən, ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.