Əl-Bəqərə surəsi - Ayə: 192

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 192
Əgər (Allaha şərik qoşmaqdan və döyüşdən) əl götürsələr, həqiqətən Allah çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 192. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 192 MÖHSÜN QƏRAƏTİ.

"Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Müşriklər bağışlanmaq üçün nələri tərk etməlidirlər? İki ehtimal var: Savaş və fitnədən əl çəksinlər (əvvəlki ayəyə əsasən) və küfrdən əl götürsünlər. (Möminlərə məxsus ilahi bağışlanmanın əldə olunması dəlilinə əsasən.)
Bildirişlər
1. Müsəlmanlar öz düşmənlərinin həqiqi atəşkəs təklifini qəbul etməlidirlər.
2. İslam qayıdış yolunu hətta kafirlər üçün də açıq qoymuşdur.
3. Əgər kafirlər fitnədən, savaşdan əl çəkib iman gətirsələr, onları keçmiş işlərinə görə məzəmmət etməyin.
4. İnsan özü ilahi mərhəmət üçün zəmin yaratmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.